C vitamini nədir? C vitaminin faydaları
C vitamini nədir?
Vitamin C güclü antioksidant olub, immun sisteminin fəaliyyətində və qorunmasında mühüm rol oynayır.
Bu vitamin toxumaların formalaşmasında, eləcə də müxtəlif zədələrdən sonra orqanizmin sağalma prosesi üçün böyük əhəmiyyət kəsb edir. Askorbin turşusu olaraq da bilinən C vitamini qan damarlarında, qığırdaqda, əzələlərdə və sümüklərdə olan kollagen zülalını meydana gətirmək üçün insan bədəninə ehtiyac duyduğu bir vitamin növüdür. Askorbin turşusu monosaxaridlərin bir növüdür və demək olar ki, bütün canlı toxumalarda olur.
C vitamini bədəni sərbəst radikallar adlanan zərərli molekullardan, həmçinin zəhərli kimyəvi maddələr və siqaret tüstüsü kimi çirkləndiricilərdən qoruya bilən bir neçə antioksidantdan biridir.
Normadan artıq C vitamini qəbul edildikdə bədən bunu saxlamır və birbaşa xaric olur. Buna görə də, normal şəraitdə, C vitamini həddindən artıq qəbuluna görə narahat olmaq lazım deyil.
Bununla belə, bütün hallarda, yüksək dozada bədənə birdən-birə həddindən artıq yüklənmə nəticəsində yarana biləcək ürək yanması, ürəkbulanma, baş ağrısı, mədə krampları və ishal kimi mənfi təsirlərdən qaçınmaq üçün gündə 2000 milliqramı (2 qram) keçməmək vacibdir. Belə ki, 2000 mq həddini aşmaq da böyrək daşı riskini artıra bilər.
C vitamininin faydaları nələrdir?
Mütəxəssislər bildirirlər ki, C vitamini orqanizm üçün ən təhlükəsiz və ən faydalı vitaminlərdən biridir. C vitamini immunitet sistemini gücləndirir,orqanizmi ürək-damar xəstəliklərindən, prenatal sağlamlıq problemlərindən, göz xəstəliklərindən və hətta dəri qırışlarından qoruyur.
C vitamininin qəbulu dərinin quruluğunu azaltmağa kömək edir və dərini nəmləndirir. Askorbin turşusu dəridə suyu saxlayır və onun quruması və yağlanmasının qarşısını alır. Vitamin C sağlam dəri və güclü saçlar üçün faydalıdır, çünki o, protein kollagenin formalaşmasına kömək edir.
İnsan orqanizmi təbii olaraq öz-özünə C vitamini istehsal etmədiyi üçün onu təbii qidalar yolu ilə almaq lazımdır. Həmçinin vitamin C bədənə dəmirin həzm sistemi tərəfindən sorulmasına və sonradan istifadə üçün saxlanmasına kömək edir.
Bu vitaminin qəbulu bədəndə xərçəng, ürək xəstəliyi və artrit kimi sağlamlıq problemlərinin yaranmasının önünə keçir.
Bilindiyi kimi, xüsusilə yaz aylarında allergiyalar artır. Müəyyən miqdarda C vitamini qəbul etmək artan allergiyanı azalmasına və təsirinin zəifləməsinə kömək edir.
Aparılan araşdırmalar nəticəsində C vitamininin stress səbəbiylə immun sistemi zəifləmiş şəxslər üçün faydalı olduğu aşkar edilmişdir.
Meyvə və tərəvəzlə zəngin qidalanan insanların döş, kolon və ağciyər xərçəngi kimi bir çox xərçəng növünə tutulma riskini çox az olur.
C vitamini səviyyəsi yüksək olan insanların bədənlərində C vitamini aşağı olanlarla müqayisədə insult riskinin daha az olduğu müşahidə edilmişdir. Bu vitamin bədən daxilində və xaricində hüceyrələrə təsir etdiyi üçün dərinin qurumasına və yaşlanmasına qarşı müsbət təsir göstərir.
Gündəlik C vitamini ehtiyacını necə qarşılamaq olar?
C vitamini ən çox sitrus məhsullarında, müxtəlif meyvə və tərəvəzlərdə olur. Bundan əlavə, kapsul və çeynənən tabletlər şəklində oral əlavələr şəklində C vitamini qəbul etmək mümkündür.
Bununla belə, tibb mütəxəssisləri, antioksidan xüsusiyyətlərinə görə C vitamininin əlavələrinin qidalarda təbii olaraq meydana gələn antioksidanlarla eyni faydaları təmin etmədiyinə inanırlar.
C vitamini ilə zəngin olan meyvə və tərəvəzləri yaxşıca təmizlədikdən sonra çiy yemək və ya mümkün qədər az su ilə bişirmək məsləhətdir.
C vitaminin gündəlik qəbul miqdarları:
- 0-6 aylıq uşaqlar: gündə 40 mq
- 7-12 aylıq uşaqlar: gündə 50 mq
- 1 yaşdan 3 yaşa qədər uşaqlar: gündə 15 mq
- 4-8 yaş arası uşaqlar: gündə 25 milliqram
- 9-13 yaş arası uşaqlar: gündə 45 milliqram
- 14-18 yaş arası qadınlar: gündə 65 milliqram
- 14-18 yaş arası kişilər: gündə 75 milliqram
- 19 yaş və yuxarı qadınlar: gündə 75 mq
- 19 yaş və yuxarı kişilər: gündə 90 milliqram
- Hamilə qadınlar: gündə 80/85 milliqram
- Süd verən qadınlar: gündə 115/120 milliqram
Bu miqdarlara görə pəhriz təyin etməzdən əvvəl həkimə müraciət etməyiniz tövsiyə olunur.
C vitamini ilə zəngin olan qidalar:
Araşdırmalar göstərib ki, C vitamini ilə ən zəngin olan əsas qidalar sitrus meyvələri, yaşıl bibər, qovunağacı(pappaya) çiyələk, pomidor, brokoli və kartofdur.
C vitamini baxımından zəngin olan meyvə və tərəvəzlər arasında qovun (yemiş), manqo, qarpız, Brüssel kələmi, gül kələm, göy- göyərti, kələm, bibər, moruq, qaragilə, balqabaq və ananas da var.
Müxtəlif qidalarda olan C vitamininin orta miqdarı aşağıda verilmişdir.
- 1 böyük dilim yemiş: 59 mq (milliqram)
- 1 orta kivi: 70 mq
- 1 orta portağal: 90 mq
- 1 stəkan pomidor suyu: 33 mq.
- 1 stəkan portağal suyu: 97 mq
- 1 porsiya bişmiş brokkoli: 74 mq
- 1/2 fincan (stəkan) paprika, xam: 95 mq
- 1/2 fincan (stəkan) qırmızı kələm: 40 mq
- 1/2 fincan (stəkan) yaşıl bibər: 60 mq
- 1/2 fincan (stəkan) çiyələk: 49 mq
- 1/2 fincan (stəkan) bişmiş brüssel kələmi: 48 mq
C vitamini çatışmazlığının əlamətləri hansılardır?
C vitamini çatışmazlığının simptomları:
• qinqivit- diş əti iltihabı
• yaraların gec sağalması
• quru saçlar
• infeksiyaların ağırlaşması
• zəif immunitet sistemi
• ağrılı və şişkin oynaqlar
Uşağınızda C vitamini çatışmazlığının olub olmadığını necə bilirsiniz?
C vitamini çatışmazlığı həzm probemi və ya qeyri-sağlam qidalanma olmadığı müddətcə, çox nadirdir görülən bir haldır. C vitamini çatışmazlığını müəyyən etmək üçün xüsusi qan testləri lazımdır. Şiddətli C vitamini çatışmazlığı olan insanlar anemiya, diş ətlərinin qanaması və dəridə göyərmə kimi hallarla qarşılaşa bilərlər. Bu vitaminin azlığı bəzi hallarda yaraların sağalmasının yavaşlaması ilə müşahidə olunan sinqa adlı bir xəstəliyin riskini də artıra bilər. Sinqa xəstəliyi olan insanların dərisində kiçik qəhvəyi ləkələr, dərinin pürüzlü(nahamar) olması, diş ətinin qalınlaşması, selikli qişalarda qanaxma ola bilər.
Daha çox C vitamini necə əldə etmək olar?
C vitamini qidalanma yolu ilə bədənə təbii şəkildə qəbul edilməlidir. Gündəlik pəhrizlərinə C vitamini olan daha çox meyvə və tərəvəz daxil etmək üçün bir neçə üsul mövcuddur.
Məsələn, şorba və küftəyə pürə şəklində və ya rəndələnmiş formada tərəvəzlər əlavə etmək olar. Həmçinin tort reseptlərinə eyni şəkildə C vitamini ilə zəngin meyvələr əlavə edə bilərsiz.