Ümumi

Depovit D3 vitamini istifadə qaydası

Qiymət: 10.8 AZN

Onun əsas rolu qidadan kalsium və fosforun udulmasına kömək etməkdir. Uşaqlarda D vitamini sümük inkişafı və yumşalmasının pozulması ilə əlaqədar olan raxit xəstəliyinin inkişafının qarşısını alır. Yeniyetmələrdə və böyüklərdə D vitamini kariyes və diş əti patologiyalarının inkişafının qarşısını alır, osteoporozdan (kalsium çatışmazlığı səbəbindən sümük toxumasının yumşalması) qoruyur və sınıqların sağalmasını sürətləndirir. Vitamin D virus xəstəliklərinə qarşı müqaviməti də artırır ki, bu da xüsusilə körpəniz ilk dəfə uşaq bağçasına getdiyi və tez-tez xəstələnməyə başladığı zaman son dərəcə vacibdir.

D vitamini çatışmazlığı niyə təhlükəlidir?

D vitamini çatışmazlığı sümüklərdən kalsium və fosforun yuyulmasına səbəb olur. Uşaqlıqda D vitamini çatışmazlığı səbəbindən raxit, böyüklərdə sümük toxumasının yumşalması (osteomalaziya) və sümük toxumasının incəlməsi (osteoporoz) inkişaf edir. Vitamin çatışmazlığı uşağın həyatının ilk ilində, sümük toxumasının sürətli böyüməsi baş verdiyi zaman xüsusilə təhlükəlidir.

Vitamin D qaraciyərdə və yağ toxumasında saxlanılan yağda həll olunan vitamindir. Skelet, sümük inkişafı və sümük sisteminin minerallaşması prosesində aktiv rol oynayan D vitamini əsasən 5 qrupa bölünür. Lakin bu qruplar arasında D1-D2-D3 vitaminləri seçilir. D2 və D3 vitaminləri ehtiyacımız olan əsas vitamin növlərindəndir.

  • D vitamini;
  • Skelet sistemi,
  • İmmun sistemi,
  • Kolon və döş xərçənginin əmələ gəlməsinin qarşısını   almaq üçün,
  • Diabetin qarşısının alınması və müalicəsi,
  •  Dəri sağlamlığı,
  • Ürək xəstəliklərinin qarşısının alınması,
  • Depressiya

 kimi xəstəliklərin qarşısının alınmasında mühüm yer   tutur:

D vitamini necə əldə etmək olar

Bu sualın çox sadə cavabı var: yaxşı qidalanmaq və açıq havada günəşdə qalmaq lazımdır və problem həll olunur!

D vitamininin faydaları nələrdir?

Hər vitamində olduğu kimi D vitamininin də düzgün və bədənin ehtiyaclarına uyğun qəbulu insan orqanizminə faydalıdır. Düzgün vitamin növü və lazım olduğu qədər qəbul etmək vacibdir.

Lakin təbii yolla almaq mümkün deyilsə, əlavə vitamin D qəbul etmək zərurəti yaranır.

Depovit D vitamin haqqında

Əsas maddələr: Vitamin D3

Köməkçi maddələr: Vitamin E, Zeytun yağı

Xüsusiyyətləri və göstərişləri: D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz.

Əks göstərişləri və əlavə təsirləri: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. D hipervitaminozu,hiperkalsiemiya,hiperkalsiuriya,böyrək çatışmazlığı,böyrək daşı xəstəliyi, ağciyər vərəminin aktiv forması.

Xəbərdarlıq: Hamiləlik və laktasiya dövründə həkim məsləhəti olmadan qəbul edilmir.

İstifadə qaydaları və dozası; 14 yaşdan yuxarı uşaqlara və böyüklərə 1 damcı gündə 1 dəfə tövsiyə olunur.Tövsiyə olunan gündəlik dozanı keçməyin.

Saxlanma şəraiti: 25 dərəcədən temperaturda, quru,işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Soyuq yerdə saxlanıldığı zaman zəi çöküntü və ya zəif bulanıqlıq yarana bilər ki, bu da məhsulun keyiyyətinə təsir göstərmir.

Yararlılıq müddəti: 3 il

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button