Epidemiya nədir
Epidemiya (yunan dilində ἐπί epi “üst, yuxarı” və δῆμος demos “insanlar” deməkdir) — İnsanın hәr hansı bir infeksion, yaxud invazion xәstәliyinin mәlum әrazidә adi (sporadik) xәstәlәnmә sәviyyәsindәn xeyli artıq yayılması, tez vaxtda geniş yayılan xəstəlik deməkir. Bu söz Qədim Yunanıstan tarixindən bəri istifadə olunur.
Bu anlayış geniş bir coğrafi ərazidə baş verən və əhalinin son dərəcə yüksək bir hissəsini təsir edən bir xəstəliyin yayılması kimi müəyyən edilir.
Epidemiya prosesi xəstəliyin davamlı olaraq (infeksion xəstəlik zamanı – infeksiyanın törədicisi) cəmiyyətdə yayılmasından ibarətdir.
Xəstəliklərin təsnifatında yayılma sürəti, virusun mutasiya riski və yoluxmuş insanların sayı kimi kriteriyalar meyar kimi götürülür. Buna uyğun olaraq epidemik xəstəliklər iki növə bölünür: epidemiya və pandemiya. Birinin yayılma sürəti digərindən daha yavaş olsa da, digərindən təsirlənən ərazi və insanların sayı xeyli yüksəkdir. Epidemiya ilə pandemiya arasındakı fərqlər nələrdir?
Pandemiya geniş bir coğrafiyada yayılan və ya bütün dünyaya təsir edən epidemik xəstəliklərin ümumi adıdır.
Pandemiya sözü yunanca “pan” sözündən götürülüb, “hamısı” və “tamamilə” deməkdir. Epidemiya yoluxucu deməkdirsə, pandemiya sözü yüksək ötürülmə riski olan epidemiya xəstəlikləri üçün istifadə olunur. Pandemiya bir xəstəliyin, xüsusilə də infeksiyanın və ya yoluxucu xəstəliyin birdən çox ölkədə və ya bütün qitələrdə baş verməsidir. Və pandemiya elan edilməsini Ümumdünya Səhiyyə Təşkilatı verir. Endemik bir xəstəliyin cəmiyyətdə baş verməsidir.
Vərəm, Covid-19, vərəm və vəba pandemiyalardır.
Epidemik və Pandemiya arasındakı digər fərqləri aşağıdakı kimi sıralamaq olar:
1-Bir epidemiyada xəstəlik tədricən yayılsa belə, çox kiçik bir mühitlə məhdud olaraq qalır. Məsələn, uşaq qızılca xəstəliyinə tutulduqda, o, xəstəliyi sinif yoldaşlarına və ya bir mənzildə yaşayan bir neçə nəfərə yaya bilər. Bununla belə, xəstəlik ətraf mühitə yayılmır.
2- Pandemiya bir ölkədə, bir qitədə və ya bütün dünyada baş verir.
3- Epidemik bilinən virusun nəzarətdən çıxması deməkdir.
4- Pandemiya daha əvvəl müşahidə olunmamış və diaqnozu qoyulmamış yeni bir virusun ortaya çıxması ilə başlayır.
Məsələn, qızılca peyvəndi 1963-cü ildə ortaya çıxmazdan əvvəl, əhali arasında yayılan və həssas fərdlərə təsir edən qızılca, dalğalanma hallarının artmasına səbəb oldu. Epidemik prosesin bu forması olan xəstəliklər çox yoluxucu olur, yəni insandan insana və ya heyvanlardan insanlara ötürülür.
Bütün yoluxucu xəstəliklərə epidemiya deyilir. Buna uyğun olaraq, uşaqlıq dövründə yaşanan qızılca, parotit və suçiçəyi kimi bütün yoluxucu xəstəliklər epidemiya nümunələri kimi göstərilə bilər.
Epidemik xəstəliklər arasında uşaqlıqda müşahidə olunan xəstəliklərlə yanaşı, difteriya, pnevmoniya, malyariya və dizenteriya da yer alır. Tibb sahəsindəki bir çox inkişafdan sonra bu xəstəliklər üçün yeni peyvəndlər və müalicə üsulları hazırlanmışdır. Məsələn, əvvəllər ölümlə nəticələnə bilən qızılca və suçiçəyi kimi xəstəliklər indi peyvəndlə idarə olunur.
Epidemik xəstəliklər yalnız qidalanmayan, zəif immun sistemi olan və xroniki xəstəlikləri olan insanlarda ölümlə nəticələnə bilər. Uşaqlıqda müşahidə olunan epidemiya xəstəlikləri dərman müalicəsi ilə 7-10 gün ərzində tam müalicə etmək mümkündür.
Əsas səbəblər
Epidemiya patogenin həssas əhali arasında yayıldığı zaman baş verir. Epidemiya prosesinin intensivliyinə bir çox ekoloji faktorlar təsir edir. İnfeksiyaya həssaslıq, bu xəstəliyin törədicisi ilə əvvəlki təmasda immunitet əldə etməmiş populyasiyalar üçün xarakterikdir. İmmunitet yalnız əvvəlki xəstəliyin nəticəsi olaraq deyil, həm də müəyyən bir patogenin antigenlərini ehtiva edən dərmanlarla peyvənd edildikdən sonra meydana gəlir. Bəzən bir patogenlə yoluxmanın digərinin səbəb olduğu infeksiyadan qoruya biləcəyinə dair nümunələr var; Belə ki, inək virusu ilə yoluxma çiçək xəstəliyindən qoruyur.
Tarix boyu bir çox epidemiyalar olmuşdur. Bunlara nümunə olaraq göstərə bilərik:
Epidemiyalar
Afina vəba epidemiyası
Qədim Yunanıstanda şəhər-dövlət olan Afinada,Peloponnes müharibəsinin ikinci ili olan e.ə. 430-cu ildə baş vermiş epidemiyadır. Təxmin etmək olar ki, epidemiya şəhərə şəhər limanı Pireydən daxil olmuşdur. Epidemiya şəhərdəe.ə. 429 vəe.ə. 427 -ci ilin qışında da tüğyan etmişdir.
Antonin vəbası
Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil..Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir.[
Qara vəba
1346-cı il ilə 1353-cü il arasında yayılan Qara vəba epidemiyasının 7 il yarım ərzində 200 milyona yaxın insanın ölümünə səbəb olduğu deyilir. Dəqiq sayları bilmək mümkün olmasa da, bu illərdə xəstəlik üzündən Avropa əhalisinin 30 ilə 60 faiz azaldığı bildirilir.
Amerikalı hindular arasında yayılan suçiçəyi-XV əsrdə Amerika qitəsindəki yerli insanlarla təmasa girən avropalı kəşfiyyatçılar burada yaşayan insanlara özləri ilə birlikdə gətirdikləri virusları yoluxdurdular. “Chickenpox” adlı virus Avropanın üçdə bir hissəsini öldürmüşdü. İmmunitetləri avropalılar kimi inkişaf etməmiş və dərmanların çatışmazlığı olan Amerikalılar üçün heç bir şans yox idi. Milyonlarla insan, yerli əhalinin 90 faizi o dövrdə bu virus nəticəsində ölüb və bu vəziyyət avropalıların Amerika qitəsini müstəmləkə etməsini çox asanlaşdırdı.
Ebola, donuz qripi, quş qripi
2000-ci ildən bu günə qədər dünyada Ebola, “donuz qripi” kimi də tanınan H1N1 virusu, SARS və MERS olmaqla dörd böyük epidemiya yayılıb.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virusların səbəb olduğu xəstəliklərin bir çoxunun özünəməxsus müalicəsi və ya peyvəndi olmadığını nəzərə alsaq, ən çox ölüm faktı “donuz qripi” və Ebola virusundan baş verib. Bu günə qədər 28 638 insanda Ebola virusu aşkar edilib ki, onlardan 11 mini ölüb.
H1N1 virusu isə son 50 ilin ən qorxunc epidemiyası hesab olunur. Meksikada 2009-ci ilin mart ayında kütləvi epidemiyaya çevrilən xəstəlik Amerika qitəsindən sonra bütün dünyaya yayılıb. “Donuz qripi” üçün nəzərdə tutulan peyvənd hazırda ABŞ, İsveç və Macarıstanda istifadə edilir.
SARS (şiddətli kəskin tənəffüs yolu sindromu) ilk dəfə 2003-ci ilin fevral ayında Avropa, Şimali Amerika və Asiyada müşahidə olunub. Virus qısa müddətdə Honq-Konqdan sonra cografi regionlar üzrə 37 ölkədə yayılıb. 2002-2003-cü illər arasında 8 422 nəfərdə bu xəstəliyə rast gəlinib ki, onlardan 916-sı ölüb. Lakin 2004-ci ildən bu yana dünyanın hər hansı bir yerində SARS-Cov infeksiyasına rast gəlinməyib.
Yaxın Şərq respirator sindromu (MERS) ilk dəfə 2012-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanda aşkar olunub. Səhiyyə Nazirliyi ölkədə 186 nəfərə MERS diaqnozu qoyulduğunu elan etmişdi. Son üç ildə Səudiyyə Ərəbistanında MERS virusuna yoluxan 950 nəfərdən 412-si ölüb.
Daha bir epidemiya isə xalq arasında “quş qripi” kimi tanınan A qrupuna aid virusdur. “Quş qripi”nə yoluxan 245 insan həyatını itirib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) məlumatlarına əsasən İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb. ÜST-ün son məlumatına görə, quş qripi yeni qeydə alınan ölkələr Laos, ABŞ, Cənubi Afrika ölkələri və Səudiyyə Ərəbistanıdır. Ən çox quş qripi qeydə alınan ölkələr isə Çin və Vyetnamdır”. Azərbaycanda quş qripi ilə bağlı hər hansı narahatçılıq vəziyyət qeydə alınmayıb. Son zamanlar mətbuatda adı daha çox hallanan “Zika” virusuna ilk dəfə 1944-ci ildə meşədə yaşayan meymunlarda rast gəlinib. Ötən il isə “Aedes aegypti” adlı ağcaqanad növlərində rast gəlinib. “Zika” virusunun yayıldığı Braziliyada oktyabr ayından bu yana 3 500-den artıq körpəyə “mikrosefal” diaqnozu qoyulub. Son olaraq Havay adalarında yeni doğulmuş körpədə “Zika” virusu mənbəli doğuş qüsuru aşkar edilib. Bu virus beyin funksiyalarında pozuntulara səbəb olur. İndiyə qədər “Zika” virusuna yoluxan 51 uşaq ölüb.
Bioloji silah
kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş
sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroorqanizmlər və onlardan alınan toksinlər, viruslar, prionlar təşkil edir.
Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroorqanizmlər aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.
Böyük London vəbası
(ing. Great Plague of London) — 1665–1666-cı illərdə İngiltərənin paytaxtı London şəhərində baş vermiş sonuncu vəba epidemiyası. Bubon taunu nəticəsində 100 mindən çox insan ölmüşdür. Həlak olanların sayı London əhalisinin 1/4 təşkil etməkdə idi.