Ümumi

Pulsuz burun əməliyyatı

Burun əməliyyatı burnun formasını və ölçüsünü dəyişdirmək üçün edilən cərrahi əməliyyatdır. Estetik səbəblərlə yanaşı funksional problemləri müalicə etmək üçün də edilə bilər. Müvəffəqiyyətli nəticələr əldə etmək üçün əməliyyatdan sonrakı diqqətli qayğı və həkimin tövsiyələrinə riayət etmək vacibdir.

Rinoplastika əməliyyatı nədir?

Burun estetikası olaraq da bilinən rinoplastika həm estetik məqsədlə, həm də burunda anadangəlmə olan və ya travmatik səbəblərdən yaranan funksional problemləri düzəltmək üçün edilə bilər. Rinoplastikanın iki əsas üsulu var: açıq rinoplastika və qapalı rinoplastika. Açıq rinoplastikada burun dəliklərinin xarici hissəsində kiçik bir kəsik qoyulur və burun sümükləri və dəri altındakı qığırdaqlar görünür. Bu yolla cərrah birbaşa olaraq burnun quruluşunu görüb forma verə bilir. Qapalı rinoplastikada burun dəliklərindən kəsiklər edilir və burun quruluşu yenidən formalaşdırılır. Bu üsulda xarici kəsik izi yoxdur.


Hansı hallarda burun əməliyyatı edilir? Rinoplastika əməliyyatı bir çox estetik və ya tibbi səbəblərə görə edilə bilər. Burun əməliyyatının səbəbləri aşağıdakılardır:

  • Estetik Səbəblər:
  • Tövsvari burun,
  • Əyilmiş burun ucu,
  • Burun asimmetriyası,

Burun genişliyi və ya ümumiyyətlə insana uyğun olmayan burun ölçüsü kimi estetik vəziyyətlər burun əməliyyatının səbəblərindəndir.

Estetik məqsədlə edilən rinoplastika, xəstənin üz cizgilərinə uyğun bir burun forması əldə etməyi hədəfləyir.

Post-travmatik korreksiyalar: Qəzalar, idman zədələri və digər travmatik hadisələr nəticəsində burunda meydana gələn problemlər cərrahiyyə ilə düzəldilə bilər.

Funksional problemlər: Rinoplastika yalnız estetik səbəblərlə deyil, funksional problemlərin düzəldilməsi üçün də tətbiq oluna bilər. Burun çəpərinin əyriliyi, burun tıkanıklığı və tənəffüs problemləri kimi funksional problemlər əməliyyatla həll edilə bilər.

Azerbaycanda burun emeliyyati qiymetleri  tətbiq edilən texnikadan, əməliyyatın növündən asılı olaraq dəyişiklik göstərir.  Emeliyyat qiymetleri   əməliyyat texnikası ilə yanaşı, əməliyyat zamanı istifadə olunan materiallar, həyata keçirilən prosedur, proseduru həyata keçirəcək həkimin təcrübəsi əsas alınaraq müəyyən olunur.

“İcbari tibbi sığorta çərçivəsində çəpər əyriliyi xidməti xidmətlər zərfinə daxil edilib. Bununla bağlı tibbi göstəriş olarsa, bu xidmətdən icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna bilərsiniz”. Əgər çəpər əyriliyi ilə bağlı şikayət təsdiqlənərsə, burun əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır: Ancaq çəpər əyriliyinin sağlamlığa zərəri təsdiqlənmədiyi hallarda bu əməliyyat icbari tibbi sığorta xidməti çərçivəsində həyata keçirilmir. Çünki plastik və kosmetik əməliyyatlar xidmətlər zərfinə daxil edilməyib”.

Burun çərər əyriliyinin səbəb nədir?

Burun ceperinin eyriliyi anadangəlmə ola bilər. Bundan əlavə, uşaqlıqda yıxılma, yaralanma və zərbə kimi travmalar da gələcəkdə burun sümüyünün əyriliyinə səbəb ola bilər. Çünki inkişaf dövründə burun divarında arakəsmə adlanan sümük və qığırdaq hissələri eyni sürətlə inkişaf etməyə bilər. Nəhayət, yetkinliyə keçid zamanı burun şəklində fərqliliklər və assimetriya baş verə bilər. Bu, burun əyriliyinin genetik səbəblərindən biridir.
drmubariz.com

Burunda olan çəpər əyriliyinin fəsadları

Burun boşluğunu iki hissəyə bölən, sümük və qığırdaqdan ibarət olan bir divarın sağa, yaxud sola, bəzi hallarda isə hər iki tərəfə əyilməsinə burun çəpərinin əyriliyi deyilir.

Səbəbləri

Burun çəpərinin əyriliyi, əsasən yıxılma, buruna, sifətə zərbə və yaxud da üz və kəllə skeletinin formalaşması zamanı onların bir-birinə nisbətən qeyri-mütənasib inkişafı ilə əlaqədar yaranır.

Əməliyyat nə zaman zəruridir?

Burun çəpəri orta xətdən çox kənarlaşır və sağlamlıq üçün problem yaradırsa, əməliyyat zəruri olur. Məsələn, pasiyentlər tez-tez təkrarlanan burun qanaxması ilə üzləşirlər. Yaxud təkrarlanan sinusit, burun tutulmaları, üzdə, başda ağrıların olması, burunarxası axıntılar, xoruldama narahatlıq verir. Hətta otitlərin – qulaq xəstəliklərinin yaranmasında burun çəpəri əyriliyinin böyük rolu vardır. Burun tənəffüsü çətin olduqda məcburi olaraq ağızla nəfəs alırıq. Bu səbəbdən tez-tez təkrarlanan boğaz infeksiyaları, boğazda qurumağa bağlı olan şikayətlər, yuxu apnoesi yaranır. Belə şikayətlər çox olanda artıq əməliyyat zəruri olur.

Burun və boğaz əti əməliyyatları otolarinqoloq tərəfindən təyin olunur. Diaqnostika üçün burun ciblərinin və yuxarı tənəffüs yollarının endoskopiyası və rentgenoqrafiyası aparılır. Eyni zamanda əməliyyat öncəsi müayinə və həkim konsultasiyası, laborator və instrumental müayinələr, histopatoloji müayinələr, qan və ya qan komponentləri, 12 yaşa qədər uşaqlarda yatış müddətində müşayiət edən şəxsin qidalanması, həkim təqibi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Əməliyyat otolarinqoloq-cərrah tərəfindən ümumi anesteziya altında aparılır.Anesteziya, reanimasiya və stasionarda yatış, eyni zamanda əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərficbari tibbi sığorta təminatına daxildir.

Icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button