Ümumi

Təhlükəsiz qarpızı necə seçək

Yay mövsümünün ən sevimli meyvələrindən olan qarpız, ən çox istehlak edilən meyvələr arasında yerini qoruyub saxlayır. C vitamini və antioksidantlarla çox zəngin olan qarpızı alarkən diqqətli və seçici olmaq çox vacibdir. Çünki aldığınız qarpız zəhərli və təhlükəli ola bilər.

Qarpızın qida zəhərlənməsinə səbəb olma riskini aşağıdakı əlamətlərə diqqət yetirməklə müəyyən edə bilərsiniz.

Qarpızın qabığının daxili tərəfi sarıdırsa nitrat çox yüksəkdir.

Nitrat əslində bitkilərin sürətli böyüməsinə kömək edən bir komponentdir. Bununla belə, bəzi istehsalçılar çox nitrat yükləyə bilərlər ki, qarpızlar çox qısa müddətdə yetişsin və böyüsün. Bu zaman bu qarpızları yeyən şəxs nitrat zəhərlənməsi ilə üzləşə bilər.

Qarpızı kəsərkən qabığının daxili kənarlarının sarı olduğunu görsəniz, o qarpızı yeməməlisiniz, zəhərlənə bilərsiniz.

Qarpızda deşiklər varsa, onu almayın.Bu dəliklər iynə izləri ola bilər və qarpız nitratla yüklənmiş ola bilər. Qarpızın içi ləzzətli olsa da, qabığında deşiklər görsəniz, yenə də yeməməyi məsləhət görürük.

Əgər qarpızın ortasında nəhəng çuxur varsa həmin qarpızı yeməyin.

Qarpızı kəsdiyiniz zaman yaranan o nəhəng boşluq əslində qarpızın çox hormonlarla yükləndiyinin göstəricisidir. Bu növ qarpız yemək sizi xəstə edə bilər.

 Nitritli qarpızın içində gözlə görünən yoğun ağ damarlar olur. Nitritsiz qarpızda da ağ damarlar olur, amma çox nazik şəkildə.

Nitritli qarpızın qalınlığı 1 sm-dən artıq olur. Nitritsiz qarpızın isə qabığının qalınlığı 0,5 sm-dən artıq olmur.

Aldığınız qarpızdan şübhələnirsinizsə, çox sadə bir testlə onun nitratla bol olub-olmadığını öyrənə bilərsiniz. Bir stəkan suyun içinə kiçik bir parça qarpız qoyun və rənginin çıxmasını gözləyin. Suyun rəngi açıq və parlaq çəhrayı rəngə çevrilirsə, o qarpızda çoxlu nitrat varsa, heç vaxt yeməyin.

Yayın əvəzolunmaz meyvələrindən olan qarpız düzgün istehlak edilmədikdə də zəhərlənmələrə səbəb ola bilər. Qarpız yaxşı yuyulmasa, zəhərlənmə riski yüksəkdir. Mümkün zəhərlənmələr hətta ölümcül ola bilər. Mütəxəssislər mütləq xəbərdarlıq edirlər:

“Qarpız alarkən mütləq yuyun, heç vaxt yumadan kəsməyin!”.

Qarpız yedikdən ən az 2 saat sonra aşağıdakı simptomları görürsünüzsə, nitrat zəhərlənməsi yaşayırsınızsa, dərhal həkimə müraciət etməyinizi tövsiyə edirik.

  • Ürəkbulanma
  • Qusma, şiddətli ishal
  • Başgicəllənmə, baş ağrısı
  • Mədədə narahatlıqlar
  • Hərarət

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button