Ümumi

Yayın sevimli giləmeyvəsi moruğun faydaları

Moruğun faydaları nələrdir?

Moruq faydalarına görə ən məşhur giləmeyvələrdən biridir. Moruğun (Rubus idaeus) vətəni Avropa və Şimali Asiyada olan rosaceae ailəsindən meyvə verən bitki növüdür. Qırmızı, parlaq və şirin meyvələri ilə tanınır. Moruq kol bitkisidir. Hündürlüyü 1-2 metrə çatır. Çiçəkləri ağ və ya çəhrayıdır. İyun və iyul aylarında yetişir.
Moruq yüksək antioksidan, lif, C vitamini və digər vitamin və minerallarla zəngin qidalı meyvədir. Tərkibində bir sıra sağlamlığ faydalı təbii birləşmələr də var.

Moruğun faydaları

  • Enerji verərək bədəni gücləndirmək və formada qalmağa kömək edir.
  • Bədəndən infeksiyaların çıxarılmasına kömək edir.
  • Qrip və soyuqdəymə kimi xəstəliklərin sağalma prosesini tərləmə yolu ilə dəstəkləyir.
  • Tonzillit və boğaz ağrısını aradan qaldırmağa kömək edir.
  • Onun antioksidan xüsusiyyətləri bədəndən toksinləri çıxarmağa kömək edir.
  • Diş əti qanaması və ağız yaralarının sağalma prosesini dəstəkləyir.
  • Tərkibindəki C vitamini ilə immunitet sistemini gücləndirməyə kömək edir.
  • Zəngin lif tərkibi ilə bağırsaq hərəkətlərinin sürətlənməsini dəstəkləyir.
  • Yaddaşı gücləndirməyə kömək edir.
  • Ürək sağlamlığını dəstəkləyir.
  • Qan təzyiqini aşağı salmağa kömək edir.
  • Moruqun dəri üçün də faydaları var. Maska kimi istifadə edildikdə dəridəki qara nöqtələri və sızanaqları aradan qaldırmağa kömək edir.
  • Kişilərdə sperma keyfiyyətini dəstəkləyir.

Həzmi asanlaşdırır

Moruq meyvəsi həzm sistemi üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Moruq yüksək lif tərkibi ilə həzm sistemini dəstəkləyir. Lif həzm prosesini tənzimləyir, bağırsaq hərəkətlərini yaxşılaşdırır və qəbizlik riskini azaldır.

İmmuniteti gücləndirir

Çox xoş dadı olan moruq suyu tərkibindəki vitaminlərlə immunitet sistemini gücləndirir.

Bədənə enerji verir

Moruq bədənə enerji və canlılıq verir.

Dərini qidalandırır

Moruq maskası dəri üçün yaxşıdır. Asanlıqla hazırlana bilən maska, sıx şəhər həyatının mənfi təsirləri və dəridəki stresslə mübarizə aparmağa kömək edir.

Çəkiyə nəzarəti dəstəkləyir

Moruq aşağı kalorili, yüksək lif və su tərkibi ilə çəkiyə nəzarəti tənziəmləyir. Lif, toxluq hissini artırarkən kalori qəbulunu azalda və kilo itkisini dəstəkləyə bilər.

Antioksidantlarla zəngindir

Moruq antioksidantla  zəngin tərkibə malkdir. Antioksidantlar sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını ala və yaşlanma prosesininin sürətini azalda bilər. Bundan əlavə, antioksidanlar xərçəng, ürək xəstəliyi və digər xroniki xəstəliklər riskini azalda bilər.

Qan şəkərini balanslaşdırır

Moruq aşağı glisemik indeksə malikdir və qan şəkərini balanslaşdırmağa kömək edə bilər. Tərkibindəki lif sayəsində həzm prosesini tənzimləyir və qan şəkərinin ani artımının qarşısını ala bilir.

Moruqun Qida Dəyərləri

  • 100 qram moruğun qida dəyəri:
  • Enerji: 52 kkal
  • Su: 85,75 q
  • Lif: 6,5 q
  • Ümumi şəkər: 4,42 q
  • Protein: 1,2 q
  • Kalsium: 25 mq
  • Vitamin C: 26,2 mq
  • Kalium: 151 mq
  • Maqnezium: 22 mq
  • Fosfor: 29 mq

Moruğun meyvələri ilə yanaşı yarpağı da vitaminlə zəngindir.

Moruq yarpağı çayını necə hazırlamaq olar?

Bir stəkan qaynar suya 1-2 çay qaşığı qurudulmuş moruq yarpağı əlavə edin. Çayın hazır olmağı üçün 5 dəqiqə dəmlənməlidir. Sonra süzüb yeyə bilərsiniz. Çayı dadlandırmaq üçün bal və limon əlavə edə bilərsiniz. Gündə ən çox 2 stəkan moruq yarpağı çayı içmək olar.

Moruq yarpağı çayının faydaları

  • Xüsusilə hamiləlik dövründə doğuş ağrısı çəkən şəxslər tərəfindən istifadə edilir. Qadın sağlamlığı üçün tez-tez istifadə edilən bitkilər arasında yer alan moruq yarpağı çay və məlhəm kimi istifadə edilə bilər.
  • Moruq yarpağı çayı ağız və boğaz yaraları üçün yaxşı qarqaradır. Dəriyə tətbiq edildikdə, yaraları və dəri xoralarını təmizləyir. Hamiləlik dövründə də faydalıdır. Moruq yarpağı müasir təbabətdə hamiləlik dövründə istifadə edilir. Herbalistlər moruq yarpağını uşaqlıq və çanaq boşluğunun hamar əzələlərini gücləndirmək və rahatlaşdırmaq, doğuş ağrılarını aradan qaldırmaq və doğuşu asanlaşdırmaq üçün tövsiyə edirlər. Moruq çayı menstruasiya dövrünü tənzimləmək və ağır menstrual qanaxmaları aradan qaldırmaq üçün də içilir.
  • Antioksidantlarla zəngindir. Moruq yarpağında sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsindən qoruyan güclü antioksidantlar var. Beləliklə, ürək xəstəliyi, xərçəng əlamətləri və erkən yaşlanma kimi xroniki xəstəliklərin riskini azaltmağa kömək edir.
  • Tərkibindəki birləşmələrlə podaqra, oynaq ağrıları və artrit kimi iltihabla əlaqəli xəstəliklərin simptomlarını aradan qaldırmağa kömək edir.
  • İmmunitet sistemini dəstəkləyir. Tərkibindəki C vitamini ilə infeksiyalara qarşı daha davamlı olma prosesini dəstəkləyir.
  • Həzm sistemini tənzimləməyə kömək edir. Qəbizlik, ishal, şişkinlik və həzm problemlərini aradan qaldırmağa kömək edir.
  • Boğaz ağrısı, gingivit və boğaz ağrısı kimi vəziyyətləri aradan qaldırmağa kömək edir.
  • Diş daşı və diş lövhəsinin əmələ gəlməsinin qarşısını almağa kömək edir.
  • Antioksidantlar və antiinflamatuar birləşmələrlə zəngindir. Beləliklə, dəri hüceyrələrini zədələnmədən qoruyaraq ekzema və sızanaq kimi dəri problemlərini aradan qaldırmağa kömək edə bilər.
  • Tərkibində maddələr mübadiləsini sürətləndirməyə və yağ yandırmağa kömək edən birləşmələr var.
  • Qan şəkərini balanslaşdırmağa və diabet riskini azaltmağa kömək edir.
  • Moruq çayı həm dadlı, həm də bir çox sağlamlıq problemlərinə yaxşı təsir edən çaydır. Moruq yarpaqlarının qurudulması ilə hazırlanan bu çay antioksidant, vitamin və minerallarla zəngindir.

Moruq alarkən nəyə diqqət etməkə lazımdır?

Meyvənin təzə və canlı görünməsinə, sıx qırmızı rəngə malik olmasına, yarpaqlarının yaşıl və canlı olmasına, kif və çürük əlamətlərinin olmamasına diqqət yetirilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button