Ümumi

A vitamini olan qidalar

Vitamin A nədir?

A vitamini qaraciyərdə yığılan yağda həll olunan vitamin növüdür.

Vitaminlər insan orqanizminin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. İnsan orqanizminin ehtiyac duyduğu A, B, C və D kimi vitaminlərin yetərli miqdarda alınmaması nəticəsində bədəndə yüngül və ya ciddi pozğunluqlar meydana gələ bilər. Bu vitaminlər əsasən heyvan mənşəli qidaların və bitki mənşəli qidaların köməyi ilə əldə edilir. Bu məhsulların istehlakı sayəsində bədənin ehtiyac duyduğu digər minerallar da əldə edilir. A vitamininin orqanizmdəki funksiyasına gəlincə, A vitamini hüceyrələrin yenilənməsi, göz və dəri sağlamlığında böyük rol oynayır. Lazımi qədər qəul edilməzsə, insanda bir çox narahatlıq yarada bilər. Odur ki, tərkibində A vitamini olan qidaların istehlakı bədənimiz üçün vacibdir.

A vitamininin faydaları nələrdir?

Vitamin A sağlam dişlərin, sümüklərin, yumşaq toxumaların, selikli qişaların və dəri strukturlarının qurulmasına və saxlanmasına kömək edir. Gözün tor qişasına rəng verən piqmentlər istehsal edir.

Vitamin A xüsusilə zəif işıqda yaxşı görmə təmin edir. Hamiləliyin yaxşı keçməsində və hamiləlikdən sonra ana südü ilə qidalanmada böyük rol oynayır.

Beta-karoten tip A vitaminləri antioksidantdır. Antioksidantlar hüceyrələri sərbəst radikallar adlanan maddələrin yaratdığı zərərdən qoruyur.

Sərbəst radikalların bəzi xroniki və uzun müddətli xəstəliklərə töhfə verdiyi və qocalmada rol oynadığı bilinir. Tərkibində beta-karoten olan qida mənbələrinin istehlakı xərçəng riskini azalda bilər. Bununla belə, beta-karoten ehtiva edən əlavələrin xərçəng riskini azaltmadığı sübut edilmişdir.

A vitamini ümumiyyətlə iki formada mövcuddur. Bu formalar heyvan mənşəli məhsullarda olan A vitaminləri və bitki mənşəli qidalarda olan karotenoidlər A kimi sıralana bilər.

Bədəni infeksiyalardan qoruyan T hüceyrələrinin böyüməsini dəstəkləyən A vitamini immunitet sisteminin normal fəaliyyətinə kömək edir.

Bu, zəif işıqlı yerlərdə görmə qabiliyyətinə kömək edə bilər.

A vitamini görmənin keyfiyyətini təmin edir.

Dəri, ağciyərlər, sidik kisəsi və burun toxuması kimi daxili səthləri əhatə edən normal selikli qişanın təmiz və sağlam qalmağını təmin edir.

A vitamini hüceyrənin ixtisaslaşmasında rol oynayır.

Kişilərdə və qadınlarda reproduktiv sağlamlığı dəstəkləyə bilər.

A vitamini normal dəmir mübadiləsinə kömək edir.

Tərkibində A vitamini olan meyvələr

  • Qovun
  • Manqo
  • Ərik
  • Qreypfrut
  • Qarpız

Tərkibində A vitamini olan tərəvəzlər

  • Şirin kartof
  • Kələm
  • Kök
  • İspanaq
  • Brokoli
  • Bitkilərin yaşıl hissəsi

Tərkibində A vitamini olan digər qidalar

  • Qaraciyər
  • Balıq qaraciyəri
  • Süd
  • Yumurta
  • Böyrəklər
  • Dəniz balığı
  • Kərə yağları
  • Qaymaq
  • Qatıq məhsulları
  • Cücərmiş buğda

A vitamini çatışmazlığı sağlamlığımıza necə təsir edir?

A vitamini çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. A vitamini çatışmazlığının simptomları :

Gecə korluğu: Bəzən insanlar qaranlıqda görmə problemi yaşadıqlarını deyirlər.Buna səbəb A vitamini çatışmazlığıdır.Vitamin A çatışmazlığı gecə görmə qabiliyyətini poza bilər və gecə korluğuna səbəb ola bilər. Bu, az işıqlı mühitlərdə və ya gecə maşın sürərkən görmə çətinliyinə səbəb ola bilər.

Göz quruluğu: A vitamini göz sağlamlığını qorumaq üçün vacibdir. Çatışmazlıq halında göz quruluğu və göz qıcıqlanması kimi göz problemləri yarana bilər.

Dəri problemləri: A vitamini çatışmazlığı nəticəsində dəri sağlamlığına təsir edə bilər və quruluq, qabıqlanma və sızanaq kimi dəri problemlərinə səbəb ola bilər.

İmmunitet zəifliyi: Bilirik ki, xəstəliklərə qarşı bizim ən güclü silahımız immun sistemimizdir.A vitamini immunitet sisteminin işini dəstəkləyir. Bu vitaminin çatışmazlığı infeksiyalara qarşı müdafiə mexanizmlərini zəiflədə bilər və tez-tez infeksiyalara yoluxmasına  səbəb ola bilər.

İnkişaf problemləri: Uşaqlarınyaşlarına uyğun inkişaf etmələri çox vacibdir. Uşaqlarda A vitamini çatışmazlığı böyümə və inkişaf problemlərinə səbəb ola bilər. Xüsusilə sümük sağlamlığına mənfi təsir göstərə bilər.

Diş əti problemləri: A vitamini çatışmazlığı diş əti sağlamlığını mənfi təsir edə bilər və diş əti xəstəliklərinə səbəb ola bilər.

Saç problemləri: Saçın sağlamlığına təsir edə bilər və saç tökülməsinə və ya qırılmasına səbəb ola bilər.

Baş ağrıları və iştahsızlıq: Vitamin A çatışmazlığı baş ağrısına və iştahsızlığa səbəb ola bilər.

A vitamini əksikliyinin səbəbi nədir?

  • A vitamini mənbəyi olan qidaları lazımi miqdardan az istehlak etmək
  • Bağırsaq və ya pankreas əməliyyatı
  • Qaraciyərdə baş verən sağlamlıq problemləri (A vitamininin 90%-i qaraciyərdə saxlanılır)
  • A vitamini yağda həll olunan vitamin olduğundan bağırsaqlarda yaranan sorulma problemləri (xroniki ishal, mədəaltı vəzidə sağlamlıq problemləri, öd yollarında tıxanma, kistik fibroz, çölyak və s.)
  • Uzunmüddətli enerji və ya protein çatışmazlığı

Həddindən artıq A vitamini zərərlidirmi?

Vitaminlər zəruri olsa da, həddindən artıq miqdarda qəbul edildikdə zərərli ola bilər. A vitamini bədəndə yığılan bir vitamindir. Lazım olandan artıq qəbul edilərsə, yavaş-yavaş orqanizmin toxumalarında toplana və zəhərli reaksiyalara səbəb ola bilər. 

Vitamin A yığılıb qaraciyərə zərər verə bilər. A vitamini ilə zəhərlənmə gündə 15 mq dozada 3 aydan çox istifadə edildikdə inkişaf edir. Zəhərlənmənin ilk əlamətləri daha çox başgicəllənmə, ikiqat görmə, baş ağrısı, qıcolmalar, dodaqların və ovucların soyulması, şiddətli qusma, kəllədaxili təzyiqin artmasıdır. Bundan əlavə, dəri quruluğu, qusma, keçəllik, sümük ağrısı, kalsium artımı, limfa düyünlərinin böyüməsi, qan lipidlərinin artması, menstruasiyanın olmaması, psevdobeyin şişi simptomları, əsəbilik, narahatlıq və anemiya müşahidə edilə bilər. Hamilə qadınlar tərəfindən A vitamininin həddindən artıq qəbulu döldə ciddi anomaliyalara səbəb ola bilər. Hamilə qadınlara yüksək dozada A vitamini verildikdə, uşaqda doğuş, ürək və baş anomaliyaları baş verə bilər. Hamiləlik dövründə A vitamininin gündəlik dozası müəyyən həddi keçməməlidir. Yaşlılar, alkoqoliklər və qaraciyər xəstəliyi olanlar A vitamini ilə zəhərlənməyə daha çox həssasdırlar. A vitamini əlavələri qəbul etməzdən əvvəl mütəxəssis həkimə müraciət edilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button