Ümumi

Blokium B12 iynəsi haqqında

Qiyməti:

27.77 AzN

Beynəlxalq patentləşdirilməmiş adı: Potassium diclofenac+Betamethasone +Hydroxicobalamine

Təsiredici maddələri: 1 ampulda 75.0mq diklofenak kalium,2.63 mq betametazon natrium fosfat vardır.

Köməkçi maddələr: benzil spirti, susuzlaşdırılmış dinatrium fosfat,natrium hidroksid,metilparaben,propliparaben,propilenqlikol,inyeksiya üçün su.

Təsiredici maddə: içərisində liolizat olan hər bir flakonda 10 mq hidroksikobalamin vardır.

Köməkçi maddə: mannitol

Farmakoloji xüsusiyyətləri; Güclü iltihabəleyhinə,ağrıkəsici və mötədil hərarətsalıcı,aqreqasiya əleyhinə təsir göstərir.

Farmokokinetikası: Dikloenak qaraciyər mübadiləsi vasitəsilə bədəndən ifraz olunur. Onun sidik yolları ilə (65%), öd ilə(35%) xaric olması sulfat və qlükuronidlərlə metabolik birləşmə şəklində baş verir. Farmakokinetik müxtəliflik yaşlı adamlarda və ya qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələrdə müşahidə edilir.

Istifadəsinə göstərişlər:Revmatizm,revmatoid artrit,Lyumboişialgiya, Servikal braxialgiya.Poliradkulonevropatiya.Bexterev xəstəlyi. Reyter sindromu. Miozit, kəskin tendovaginit.

Əks göstərişlər: Təsiredici maddələrə qarşı yüksək həssaslıq, aktiv qastroduodenal xora, ciddi böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, ürək çatışmazlığı,ciddi arterial hipertenziya,sistem mikoz, aktiv vərəm, hamiləlik, və laktasiya dövrü. Aspirin və digər QSİƏP qarşı həssaslıq. Antikoaqulyant preparatlarla müalicə. Hepatit və digər virus infeksiyaları. Mədə və onikibarmaq bağırsaq qanaxmaları.Podaqra.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri: Blokium B12-də müalicənin istənilən mərhələsində əlamətlər baş qaldırsa da, qaldırmasa da, həzm sistemində qanaxma və dəlik açılmasına səbəb ola bilər. Bu daha çox yaşlı insanlarda ehtimal olunur. Diklofenak nadir hallarda ciddi alergik anafilaktik və anailaktoid reaksiyalara səbəb ola bilir.

3 gündən artıq müddətə Blokium B12-dən istifadə tövsiyə olunmur.

Tərkibində diklofenak ehtiva edənə Blokium B12 böyrək, ürək, qaraciyər çatışmazlığı olan, ağır əməliyyat keçirmiş və damardaxili həcmi tükənmiş xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Diklofenak qaraciyər porpiriyası olan xəstələrdə kəskin böhrana səbəb ola, eyni zamanda bronxial astmalı xəstələrdə xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Onikibarmaq bağırsaq xorası, xoralı kolit, Kron xəstəliyi olan xəstələr  ciddi tibbi nəzarət altında olmalıdırlar.

Yaşlı xəstələrdə Blokium B12-nin efekt verənə minimum dozasından istifadə olunmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

İstifadə qaydası və dozası:

1 ampul gündə 1-2 dəə əzələ daxilinə.

Hidroksikobalamin sulfat tərkibli liofilizatı tərkibində Diklofenak kalium olan ampulda həll etmək və alınmış məhlulu dərin əzələ qatına yeritmək lazımdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button