QidalanmaXalq təbabəti

Böyrək ağrısı əlamətləri

Böyrəklərimiz, qarnımızın arxa hissəsində, döş qəfəsimizin düz altında, onurğamızın hər iki tərəfində yerləşir. Böyrək ağrısının travma ya da xəstəlik kimi səbəbləri ola biləcəyi kimi, bəzən də beldə hiss edilər və ya başqa ağrılar ilə böyrək ağrıları qarışdırıla bilər.

Böyrəklər hansı funksiyanı yerinə yetirirlər?

Böyrəklər, təxminən 11 sm x 7 sm x 3 sm ölçülərində olan, usm qarın bölgəsindəki bel əzələlərinə qarşı yerləşdirilmiş lobya şəklindəki orqanlardır. Bədənin həm sol, həm də sağ tərəfində biri-birilərinə simmetrik bir şəkildə yerləşmişdir. Amma sağ böyrək, qaraciyər səbəbi ilə sol böyrəkdən biraz daha aşağıda yerləşir.

Böyrəklərin başlıca funksiyaları, atqıntı məhsulları və artıq mayeni bədəndən uzaqlaşdırmaq, bununla yanaşı, bədən sabitliyinin qorunması üçün çox vacib funksiyaları olan (qan təzyiqini, qırmızı qan hüceyrəsi istehsalını, asid sabitləməsini tənzimləyən və kalsium, sodium, potasium və digər elektrolid metabolizmasına təsir göstərən) hormonlar istehsal etməkdədir.

Böyrək ağrısının əlamətləri

Böyrək ağrısı və bel ağrısını ayırd etmək çətin ola bilər. Ümumilikdə, ağır qaldırma ya da bir travma sonrasında yaranan beldəki əzələ ağrıları, daha aşağı nahiyyələrdə hiss edilməkdədir. Böyrək ağrıları isə, qabırğaların altında, bel ağrılarında olduğundan daha yüksəkdə və dərin bir formada hiss edilir. Ağrı, kəskin olması səbəbi ilə qasıq nahiyyəsinə və qarın bölgəsinə doğru yayıla bilər.

Böyrək ağrısı simptomlarının bəziləri aşağıdakı siyahıda sıralanmışdır:

  1. Qızdırma
  2. Ağrılı bayıra çıxma
  3. Nəcisdə qan
  4. Mədə bulantısı
  5. Qusma
  6. Baş dönməsi
  7. İshal
  8. İstilik
  9. Yorğunluq
  10. Titrəmə

Böyrək funksiyalarının insan sağlamlığına getdikcə daha çox təhlükə yaratması vəziyyətində ortaya çıxa biləcək digər simptomlar və tapıntılar bunlardır:

  1. Ağızda metalik dad
  2. Ağız qoxusu
  3. Şişmə və nəfəs darlığı kimi xüsusiyyətlər

Digər bir səbəblə əlaqədar olaraq, sol və ya sağ tərəfdə böyrək ağrısı yarana bilər. Ağrı bəzən belin uc tərəfində də yarana bilər. Travmatik böyrək problemi (böyrək laseryasonu) yuxarıdakı simptomlara səbəbiyyət verə bilər, ancaq yüngül zədə başlanğıc olaraq simptom göstərməyə bilər. Şiddətli böyrək laseryasonları anormal qan təzyiqi, nəbz və şoka səbəb ola bilər.

Böyrək ağrısına yolaçan böyrək xəstəliyinin səbəblərindən bir çoxu, böyrək funksiyasına xroniki olaraq təsir göstərə biləcək, var olan və ya sonradan qazanılmış xəstəliklərdən qaynaqlanır.

Bəzən anadangəlmə qüsurlarla yaranan problemlərdən də böyrək ağrıları yarana bilər. Məsələn, bəzi insanlar, böyrəklərin normal fəaliyyətinə təsir göstərə biləcək, genetik olaraq daşınan bir anormal vəziyyət ilə dünyaya gəlmiş ola bilərlər.

Böyrək ağrısı səbəbləri nələrdir?

Böyrək ağrısı səbəblərindən bəziləri aşağıdakılardır:

  1. İdrar yolu
  2. Mesane infeksiyası (sistit)
  3. Böyrək infeksiyası (piyelonefrit)
  4. Hidonefroz (böyrək böyüməsi)
  5. Böyrək daşları (nefrolitiaris və ya qretelditiaris)
  6. Böyrək xərçəngi
  7. Böyrəyi sıxışdıran hər hansı bir şey (məsələn,böyük bir şiş)
  8. Glomerülonefrit
  9. Böyrəklərdə qan pıhtıları (böyrək ven trombozu)
  10. Polikistik böyrək xəstəliyi (anadangəlmə)
  11. Böyrək sistemindəki kojental malformasyonlar (idrar axıntısının tamamilə və ya qismən tıxanmasına səbəb olur)
  12. Böyrək toxumalarına zərər verən dərman preparatları və toksinlər (məsələn, tarakan dərmanına məruz qalmaq və ya ibuprofen kimi dərmanların xroniki istifadəsi)
  13. Hamiləlik
  14. Penetran (dəlici) travma və ya künt travma sonrasında böyrək asimusyonu
  15. Son səbəb isə böyrək xəstəliyi

İnsanlar böyrək ağrısı hiss etdiklərində həkimə görünməyi təxirə salmamalıdırlar. Hər nə qədər böyrək ağrısına bənzəyən bir çox xəstəlik olsa da, bir həkim, bu və ya digər ağrılara yol açan problemlərin dəqiq diaqnozuna yardımçı ola bilər.

Hər hansı bir ani başverən şiddətli böyrək ağrısı, hələ başlanğıc səviyyədə olarkən həkim tərəfindən dərhal dəyərləndirilməlidir və düzgün diaqnoz qoyulmalıdır.

Böyrək ağrısına oxşar ağrılar nələrdir?

Böyrək ağrısına oxşar, ancaq əslində böyrəklərlə əlaqəli olmayan ən sıx qarşılaşan narahatlıqlar aşağıdakı şəkildə sıralana bilər:

  1. Beldəki əzələ sıxılmaları
  2. Onurğa problemləri (qırıq)
  3. Qabırğa ağrısı
  4. Plorit (ağciyər ətrafında qarın quru iltihab)
  5. Radikulit (omirtikdən çıxan sinirlərin kök iltihabı)
  6. Zona
  7. Aor abdominal anevrizması
  8. Ginekoloji

Və s. bu tip problemlərə daha bir çox səbəb əlavə oluna bilər.

Böyrək xəstəlikləri necə təşhis edilir?

Böyrək ağrısı səbəbi ilə, həkiminizə müraciət etdiyinizdə, həkiminiz əvvəlcə detaylı bir tibbi məlumat alacaq və sizi fiziki müayinələrdən keçirəcəkdir. Böyrək ağrısı səbəbi ilə gələn xəstələrdə ümumi olaraq istənilən ilk tədbirlər tam qan sayını müəyyənləşdirmək üçün böyrək funksiyası və idrar testləridir. Xəstənin cinsiyyəti və yaşı uyğundursa, hamiləlikdən şübhələnirsə, hamiləlik testi də edilə bilər. Təşhis üçün suallar verilərkən, həkiminizdə böyrək laseryasonu şübhəsi yarana bilər və bunun üçün də sizdən əlavə testlər etməyiniz tələb oluna bilər.

Böyrək daşlarından şübhələnildiyi vəziyyətlərdə, bir kompüter tomoqrafiyası görüntülənməsi və ya renal ultrason edilməsi istənilir. Bunun xaricində əgər lazım olarsa, qarın rentgeni edilməsi tələb oluna bilər.

Əvvəllər böyrək daşından əziyyət çəkən və indi də bu problemi yaşayan xəstələr sıxlıqla rentgenə girərsə, zərərli X işığına təkrar məruz qalacaqları səbəbindən, həkimlər son zamanlarda xəstənin xeyri üçün ultrason müayinələrini seçim etməkdədir. Kontrast və ya manefik rezorans görüntüləmə və abdominal, altta yatan böyrək və böyrək xarici digər səbəblərini tamamlamaq və ya ayırd etmək üçün istifadə edilə bilər. Bu cür çalışmalar, böyrəyin travmatik bir hadisədən (avtomobil qəzası, atəşli silahdan istifadə nəticəsində yarana biləcək deşici yaralanmalar və digər çarpışmalar sırasında sərt bir zərbə almaq kimi baş verə biləcək travmalardan) zərər gördüyündən şübhələnirsə, rutin olaraq edilir.

Böyrək ağrısı necə keçər?

Böyrək ağrısının müalicəsi, ağrının altında qalan tibbi səbəbə bağlıdır. Ağrıya səbəb olan böyrək infeksiyaları uyğun antibidiklərə müalicə edilə bilər. Bunun yanında böyrək daşının səbəb olduğu renal kolik ağrılarında güclü, steroid olmayan anhemlamavarı ağrı kəsicilər reseptə edilə bilər. Bununla bərabər ağrı kəsicilər keçici bir çorumdur və daşın varlığına bir təsiri olmaz. Daşı salmaq üçün gərəkli müalicə daşın böyüklüyünə və mövzusuna bağlı olaraq dəyişə bilər. Ümumilikdə, böyrək daşları retrogad cərrahı texniklərlə çıxarıldığında yaxşılaşma sürəsi sürətlidir (eyni gün və ya bir neçə gün daxilində). Bununla, birlikdə, bəzi ciddi böyrək laserasyonları daha geniş miqyasda cərrahiyə lazım ola bilər. Bu əməliyyatlar üçün yaxşılaşma müddəti həftədən aylara dəyişir.

Bununla birlikdə bilinən böyrək problemləri (böyrək xəstəliyi) və ya böyrək funksiya pozğunluğu olan xəstələr, böyrəklərdən atılan və ya daha artıq böyrək zədəsinə səbəb ola biləcək ağrı kəsicilərlə müalicə edilməlidir.

Başda böyrək daşı narahatlığı olmaq üzrə böyrək xəstəlikləri olanlar, təkrar bu problemi yaşamağa daha yatqın olduqlarından həkimlərinin məsləhətlərinin təqib edərək bəzi həyat standart dəyişikliklər etməlidir. Ümumi olaraq, böyrək sağlamlığını qorumaq üçün yetərli miqdarda su içməli, duz istifadənizi azaltmalı, qırmızı və bəyaz əti nizamlı istifadə etməli, kofein istifadəsini sərhədləndirməli, məlum olmayan dərman preparatı istifadə etməməli, passiv deyil, aktiv bir yaşam tərzi sürməli və normal sərhədlər daxilində bir bədən kütlə indeksinə sahib olmalısınız.

https://www.medicalpark.com.tr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button