Ümumi

Çia toxumu ilə arıqlamaq üçün Effektiv yol!

Çia toxumları; nanə fəsiləsindən olan çiçəkli bitki növüdür, vətəni Cənubi Amerika, Qvatemala və Cənubi Meksikadır. Çia aşağı kalorili, yüksək lif, zülal və kalsium tərkibli güclü bitkidir.Bu bitkiyə “əsrin toxumu” deyirlər.

Çia toxumlarında hansı minerallar və vitaminlər var?

  • Zülal
  • Pəhriz lifi
  • Omeqa-3 yağ turşuları
  • B kompleks vitaminləri
  • Kalsium
  • Fosfor
  • Maqnezium
  • Natrium
  • Kalium
  • Sink
  • Dəmir
  • Mis

Çia toxumlarında süddən altı dəfə çox kalsium var.

100 qram Çia toxumunun tərkibi aşağıdakı kimidir:

  • Kalori: 486
  • Yağ: 31 q
  • Doymuş yağ: 3,3 q
  • Poli doymamış yağ: 24 q
  • Tək doymamış yağlar: 2,3 q
  • Trans yağ: 0,1 q
  • Xolesterol: 0 mq
  • Natrium: 16 mq
  • Kalium: 407 mq
  • Karbohidratlar: 42 q
  • Pəhriz lifi: 34 q
  • Şəkər: 0 q
  • Zülal: 16
  • Kalsium: 631 mq
  • Dəmir: 7,7 mq
  • Maqnezium: 335 mq

Çia toxumu orqanizmin fiziki gücünü  artırır. Omeqa-3 mənbəyi olduğun­dan zehni qabiliyyəti və yaddaşı möhkəm­ləndirir, P və Zn sayəsində immun sistemi gücləndirir. Tərkibində yetərincə olan kalsium sü­mük toxumasını möhkəmləndirir. Yük­sək hidrofillik hesabına mədədə şişən çia toxum­ları selikli qişanı bürüərək, həm tox­luq hissi yaradır, həm də sadə şəkər­lərin so­rul­ma­sını ləngidir. Həmçinin qida kütlələ­rinin bağırsaqlarda hərəkətini sür­ət­lən­dirir. Bədən çəkisi azalmağa başlayır.

  • Veganlar,
  • Süd və süd məhsullarına həssas olan insanlar,
  • Osteoporozu olan şəxslər (sümük əriməsi),

Menopozda olan qadınlar artan kalsium ehtiyaclarını ödəmək üçün onu istehlak edə bilərlər.

Çia toxumlarının bu qədər faydalı olmasının səbəbi lif, omeqa-3 yağları, zülal, vitamin və minerallarla zəngin olmasıdır. Bitki zülalının faydalı mənbəyidir və xüsusilə vegetarian və vegan pəhrizləri üçün bir sıra amin turşuları təmin edir. Yağ, zülal və lifdən ibarət quruluşuna görə nisbətən yavaş həzm olunur

Çia toxumu arıqlamağa kömək edirmi?

Çia toxumları mədədə çoxlu su əmərək, şişir və uzun müddət toxluq hissi verir. Uzun müddət toxluq hissini təmin edərək arıqlamağa kömək edir.

Çia toxumunu necə istehlak etmək olar?

Çia toxumları maye ilə qarışdırıldıqda suyu tez udur jele halına gəlir. Ona görə də onu maye ilə qarışdıraraq istehlak etmək məsləhətdir.

Çia toxumlarının xüsusi bir dadı və qoxusu olmadığı üçün,

  • Salat
  • Puding

Həm şirin, həm də ləzzətli reseptlərdə, məsələn, smuzilərdə (təzə meyvələrdən hazırlanmış içki və ya meyvə suyuna süd əlavə edilməklə) asanlıqla istifadə edilə bilər.

Bundan əlavə;

  • Dənli bitkilərin,
  • Tərəvəzlərin,
  • Qatığın,
  • Düyü ilə hazırlanan yeməklərin,
  • Xəmirlərin üzərinə səpmək olar.

Xüsusilə aclıq hissinin artdığı saatlarda çia toxumlarının istehlakı qan şəkərini idarə etməyə və karbohidrat aclığını yatırmağa kömək edir. Məsələn, bu hallarda yulaf və çia toxumu əlavə edilmiş probiotik qatıq istehlak edilə bilər.

 Faydaları:

  • Dərini daha sağlam edir.
  • Həzm sisteminə kömək edir və maddələr mübadiləsini sürətləndirir.
  • Toxluq hissi yaradır və aclığı gecikdirir.
  • Pəhrizlərə çia toxumlarının əlavə edilməsi qarın yağ toxumasını da azaldır.
  • Sümüklərin güclənməsinə kömək edir.
  • Tərkibində bol miqdarda vitamin və zülal var, buna görə də əzələ inkişafı üçün çox vacibdir.

Chia toxumu pəhriz zamanı aclıq hiss edənlər və aclığa dözməyərək pəhrizi pozanlar üçün ideal pəhrizdir. Çünki çia toxumlarının tərkibindəki triptofan amin turşusu toxluq müddətini uzatmaqla sizi aclıq hiss etməyinizə mane olur və gecə gec saatlarda baş verən qarşısıalınmaz aclıq böhranlarından qoruyur. Bundan əlavə, tərkibində bitki mənşəli zülal olduğu üçün arıqlayarkən əzələ itkisinin qarşısını alır, yağların yanmasını dəstəkləyir və insanın sağlam şəkildə arıqlamasına kömək edir.

Tərkibində qlüten olmadığı üçün qlütenə qarşı dözümsüzlüyü olan və çölyak xəstələri tərəfindən asanlıqla istehlak edilə bilən çia sağlam pəhrizlə arıqlamaq istəyənlər üçün ideal vasitədir. O, həmçinin bağırsaqlardan toksinlərin təmizlənməsinə də kömək edir.

Bu dəyərli bitkinin faydaları təkcə arıqlatmaqla bitmir:

Məlumdur ki, insan sağlamlığı onun bağırsaqların ın yaxşı işləməsindənə asılıdır.Tam bir lif mənbəyi olan və 100 qramında təxminən 11 qram lif ehtiva edən çia toxumları bağırsaq hərəkətlərini tənzimləməyə və qəbizlik problemini həll etməyə kömək edir. Bağırsaqları təmizləyir və detoks xüsusiyyətinə malikdir.

Tərkibindəki liflər sayəsində çəkiyə nəzarəti təmin edir və arıqlamağa kömək edir.

Enerji verərək şirin yemək istəklərin qarşısını alır, maye içində şişib gel şəklinə düşə bilən bir toxum növü olduğu üçün sizi uzun müddət tox tutaraq arıqlamanıza kömək edir.

Omeqa 3-ün ən yüksək mənbələrindən biri olduğu üçün beyni qoruyur və xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

Həm də qan şəkərini tarazlaşdırmağa kömək edərək diabetin yaranmasının qarşısını alır.

Yaxşı xolesterolu artıraraq pis xolesterini azaldır.

Çox güclü antioksidant olduğu üçün dərinin qocalmasını gecikdirir, tərkibindəki bol kalsium və A vitamini sayəsində diş sağlamlığına da fayda verir.

Yenə kalsium sayəsində əzələlərin inkişafına kömək edir və sonrakı yaşlarda osteoporoz kimi xəstəliklərin qarşısını alır.

Çia toxumlarının bilinən heç bir böyük zərəri yoxdur. Ancaq həddindən artıq istehlak mədədə qaz problemi və şişkinliyə səbəb ola biləcəyi üçün nəzarətli şəkildə istehlak edilməlidir. Bundan əlavə, bəzi dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyi üçün həkimə müraciət etmədən istifadə etməmək daha yaxşıdır.

İstifadə qaydaları

Çia toxumları ümumiyyətlə öz çəkisinin 10 və ya 12 qatını suda saxlaya bilir. Buna görə də su itkisinin qarşısını almaq üçün çox uyğundurlar. İdmançılar və intensiv fiziki fəaliyyətlə məşğul olan insanlar üçün çox vacib qida mənbəyidir. Ancaq dediyimiz kimi toxumları islatmadan istehlak etsəniz, həzm zamanı bədəninizdəki suyu udma ehtimalı var. Onu islatmadan istehlak edən insanlar gün ərzində mütləq bol su içməlidirlər.

Çia toxumları çeynədikdə, tərkibindəki Omeqa-3 yağları və digər qidalar tam həzm olunmur. Beləliklə, əslində vitamin və mineralları əldə etməyin ən yaxşı yollarından biri toxumları üyütmək və ya islatmaq olardı. Çia toxumlarını isladaraq istehlak etmək çox asandır.

1.Toxumları islatmaq üçün bir stəkan suya təxminən 1,5 xörək qaşığı Çia toxumu əlavə edin və sonra təxminən 1 saat gözləyin. Nuş olsun!

2. 1 stəkan suyu qaynadın. Qaynar suya 2 çay qaşığı çia toxumu əlavə edin. Sonra yenidən qaynamağa ehtiyac qalmadan 10 dəqiqə dayanıb dəmlənməyə qoyun. Sonra yeməkdən təxminən 10 dəqiqə əvvəl bu çayı için. Beləliklə, arıqlamağınıza kömək edəcək gözəl çayınız olacaq.

3. İlk öncə 4 xörək qaşığı qatığa 1 xörək qaşığı çia toxumu əlavə edirik. Maddələr mübadiləsini sürətləndirmək istəyirsinizsə, darçın da əlavə edə bilərsiniz. Tərkibləri yaxşıca qarışdırdıqdan sonra bir müddət saxlayın. Daha sonra soyuducuya qoyun və istehlak etmək istəyirsinizsə, 4 saatdan sonra çıxarıb istehlak edin.

Vacib xəbərdarlıq: Hamilə qadınlar və yüksək trigliserid xəstəliyi olan insanlar üçün qətiyyən uyğun deyil, tövsiyə etmirik. Həkim icazəsi olmadan qətiliklə istehlak etməməlisiniz.

Gündə nə qədər çia toxumu istifadə edilməlidir?

Gündəlik vitamin və mineral ehtiyaclarınızı qarşılamaq üçün 1-2 xörək qaşığı Chia toxumu istehlak etmək kifayətdir. Faydalı bir qida olan çia toxumu lazımi miqdardan artıq istehlak edilməməlidir.

Çia toxumu yağı böyrək çatışmazlığı olan insanlarda qaşınma, diabet və dəri xəstəliklərinin aradan qaldırılmasında təsirli ola bilər. Yağ turşuları ilə zəngin olan çia toxumları dərinin nəmlənməsini təmin edir. Tədqiqatlara görə, çia toxumu yağının istehlakı insulinə qarşı müqaviməti artırır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button