Qidalanma

İsveç pəhrizi ilə artıq çəkilərdən qurtulun! 13 gündə 20kq arıqla!

İsveç pəhrizi nədir?

İsveç pəhrizi, karbohidrat qəbulunu azaltmaq və zülal qəbulunu çoxaltmaq yolu ilə  artıq çəkidən qurtulmağa kömək edən pəhriz növüdür. Dünyada ən populyar 7 pəhrizdən biri olan bu pəhriz ilk dəfə Skandinaviya ölkələrində piylənməni azaltmaq üçün tətbiq olunmuşdur.

 İsveç pəhrizində  tərəvəzlər, bütün  növ taxıllar, ət və balıq kimi İsveç mətbəxinə xas olan  və  işlənməmiş qidalardan istifadə olunur.

Pəhrizin əsas özəlliyi ondadır ki, istədiyiniz rasionu özünüz seçib, istədiyiniz qədər arıqlaya bilərsiniz.

İsveç pəhrizinə necə əməl etmək olar?

İsveç pəhrizinin əsas prinsipi 13 gün ərzində normadan daha az karbohidrat qəbul etmək ,əvəzində  sağlam yağ və zülalla zəngin qidaların  qəbulunu  artırmaqdır. Bu qidalanma tərzi ilə bədəndəki iltihablar azalır, insulin səviyyəsini aşağı tutacağı üçün arıqlamağı asanlaşdırır  və obezite riskini minimuma endirir. İsveç  pəhrizinin qaydaları:

• Duz istehlak edilməməlidir

• Ən azı 2 litr su içilməlidir.

• Qəhvə və çay (dadlandırıcısız) kimi kofeinli içkilər yalnız müəyyən norma daxilində qəbul edilməlidir.

• Pəhriz 13 gündən artıq davam etməməli və ən azı 3 ay ara ilə təkrarlanmalıdır.

• Şəkər pəhrizdə olduğu qədər istifadə edilməlidir.

İkinci həftədən sonra yağlı qidalara  davam edilir. Həmçinin diyetə az miqdarda nişastalı karbohidratlar da əlavə edilə bilər. Bu müddət ərzində bol miqdarda tərəvəz və meyvə yeyilməlidir.

Bu pəhrizi idmanla birləşdirildikdə daha yaxşı nəticələr verir. Buna uyğun olaraq gündə 30 dəqiqə idman etmək daha məqsədəuyğundur. Əgər bədən nizamlı məşq etməyə öyrəşməyibsə, gündə 5 dəqiqə ilə başlamaq olar. Zamanla bu müddətİ orqanizm uyğunlaşana kimi 30 dəqiqəyə çatdıra  bilərsiz.

İsveç pəhriz siyahısı:

İsveç pəhrizi ilk növbədə arıqlamağı hədəflədiyi üçün pəhriz siyahısındakı qidalar lif, zülal və sağlam yağlarla zəngin olmalı, karbohidrat miqdarı isə aşağı olmalıdır. Pəhrizdə istifadə oluna bilən qidalar :

• Ət, toyuq, hinduşka, balıq və digər dəniz məhsulları

• Tərəvəzlər: Kartof, yerkökü və çuğundurdan başqa bütün tərəvəzlər

• Meyvə: Banan, çiyələk və üzümdən başqa bütün meyvələr

• Süd məhsulları: Krem pendirdən başqa bütün məhsulları

Pəhriz gündə üç dəfə yeməkdən ibarətdir. Aralarında iki qəlyanaltı (lazım olduqda) edilə bilər. Bu yeməklərin vaxtı və miqdarı üçün də xüsusi plan hazırlanır.Hər yeməkdə meyvə, tərəvəzlə bərabər, qoz-fındıq, toxum və paxlalılar kimi yağla zəngin qidalar, həmçinin yumurta və ya ət kimi zülalla zəngin qidalar da olmalıdır.

İsveç pəhrizində nə yemək olmaz?

İsveç pəhrizində arıqlamaq və piylənmənin qarşısını almaq məqsədinə çatmaq üçün bəzi qidalar istehlak edilməməlidir. Bunlar:

• Şəkərli meyvə şirələri və qazlı içkilər,

• Tərkibində yüksək miqdarda süd şəkəri olan süd məhsulları,

• Rafinə edilmiş yağlar və marqarinlər,

• Tortlar, keks, şokolad, dondurma və süni dadlandırıcılar

• Çörək, sıyıq, paxlalılar, makaron, düyü, kartof və çipslər

Bu pəhrizdə göstərilən qidaların istehlakı qadağandır. İsveç pəhrizə riayət etməklə səmərəli nəticə əldə etmək istəyənlər bu qadağan olunmuş qida və içkilərə diqqət yetirməlidirlər.

İsveç pəhriz menyusunda ən vacib içki qəhvədir. Qəhvə arıqlamaq üçün faydalı bir pəhriz içkisidir.  

İsveç pəhrizinin müddəti nə qədər olmalıdır?

İsveç pəhrizi ən azı 6 gün, ən çoxu isə 13 gün nəzərdə tutulub. Pəhriz proqramını həyata keçirdikdən sonra yenisinə  keçmək üçün 3 ay gözləmək tövsiyə olunur.

İsveç pəhrizinin zərərləri nələrdir?

Bu pəhrizin əsas mənfi tərəfi, ürək döyüntüsü, narahatlıq və hüzursuzluq kimi bəzi yan təsirlərə səbəb ola bilən kofein ehtiva etməsidir. Kofeinə qarşı həssassınızsa və ya ürək xəstəliyi ya da yüksək qan təzyiqi kimi sağlamlıq probleminiz varsa, bu pəhrizə riayət etmək gələcəkdə sizin üçün ciddi sağlamlıq problemləri yarada bilər. Pəhrizə başlamadan öncə həkiminizə müraciət etməyiniz tövsiyə olunur.

  Uzun müddət İsveç pəhrizində qalmaq əzələ itkisinə səbəb ola bilər. Pəhriz düzgün planlaşdırılmasa, qəbizlik yarana, maqnezium  və digər minerallarda azalma baş verə bilər.  Bu kimi əks təsirlərdən uzaq olmaq üçün mütəxəssislər 2 həftəni keçməməyi tövsiyə edir.

İsveç  pəhrizi haqqında tez-tez verilən suallar

İsveç pəhrizi ilə 1 həftədə nə qədər arıqlaya bilərsiniz?

  Bir çox insan tərəfindən sınaqdan keçirilmiş və uğurlu nəticə vermiş olan bu pəhriz ilə həftədə 3 kilo arıqlamaq mümkündür. Hətta 13 gündə 20 kilo arıqlayanlara da rast gəlinir.

İsveç pəhrizinin məntiqi nədir?

Bu pəhrizdə əsas niyyət aşağı kalorili qidalarla sağlam bir şəkildə arıqlamaqdır.  İsveç pəhrizində yüksək kalorili və yağlı yeməklərin yerini, protein və zülalla zəngin qidalar əvəz edir.

İsveç pəhrizini 6 gündən əvvəl dayandırsaq  nə olar?

Bu pəhriz 6 ilə 13 gün arasında davam edən bir pəhrizdir. Pəhrizinizi 6-cı gündə bitirə bilərsiniz. Bu pəhrizdə gündəlik qidalanma norması 1000 kaloridən aşağı olmalıdır. Gündəlik kalori ehtiyacınız  nə qədər çəki itirməli olduğunuza və gün ərzində nə qədər aktiv olduğunuza görə dəyişəcək. Müəyyən edilmiş miqdardan artıq qazlı içki, qəhvə və çayın qəbulu olmaz. Bu pəhrizi təkrarlamaq üçün 3 ay gözləməlisiniz.

İsveç pəhrizində qoz yeyilə bilərmi?

Qoz, badam, günəbaxan tumları, balqabaq tumları, fındıq və anakardiya müəyyən miqdarda yeyilə bilər.

İsveç pəhrizi kimlərə olmaz?

Bu pəhrizi ilk növbədə 18-60 yaş arası insanlar edə bilər. Pəhrizə riayət etmək istəyənlərin səhhətində heç bir problem olmamalıdır. Xolesterol problemi və şəkər xəstəliyi olanlar bu pəhrizə əməl edə bilməzlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button