Ümumi

Maestro School, yeni tədris ili.

Ötən tədris ilində Maestro School və ADNSU-nun birgə əməkdaşlığı ilə seçilmiş 30 nəfər tələbəyə “Front-end” proqramlaşdırma üzrə bootcamp formatında 6 aylıq təlim proqramı uğurla həyata keçirilmişdi.

İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) və SABAH qrupları üzrə təhsil alan 30 nəfər tələbə Maestro school proqramlaşdırma üzrə bootcamp formatında təlim proqramında uğurla iştiraklarına görə sertifikatla təltif olundular.

Burada tələbələr “Front-end” üzrə təlim alaraq, real layihələr üzərində işləmək şansı qazanmış və həmçinin bir neçə tələbə Maestro studio və Maestro School-a təcrübəçi kimi cəlb olunmuşdur.

Lakin əmakdaşlığımız bununla bitmir və yeni tədris ilində, 2024-2025-ci ildə “Back-end” və “Mobil proqramlaşdırma” üzrə də Maestro School və ADNSU əməkdaşlığı ilə birgə təlimlər veriləcəkdir.

Qeyd edək ki, Maestro School-da, karyerasını İT sahəsi üzrə davam etmək istəyən 18-45 yaşlı insanlara proqramlaşdırma tədris olunur. Bura hansı proqramlar daxildir:

  • Front-end Proqramlaşdırma
  • Back- end Proqramlaşdırma     
  • Mobile Proqramlaşdırma
  • Süni İntellekt
  • Dizayn (veb və qrafik)
  • Kiber təhlükəsizlik


Qeydiyyat üçün bizimlə əlaqə saxlayın:
📞 +994 51 300 22 33
📍 Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 4
https://maestroschool.az/

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button