Maqnezium nədir? Maqneziumun faydaları nələrdir?
Maqnezium nədir?
Maqnezium bədənimizin sahib olduğu ən bol minerallardan biridir. Zülal sintezindən sümük sağlamlığının qorunmasına, qan təzyiqindən əzələ və sinir sisteminin funksiyalarının tənzimlənməsinə qədər bir çox bioloji prosesslərdə iştirak edir. İnsan orqanizmində maqneziumun 60%-i sümüklərdə və dişlərdə, 39%-i yumşaq toxumalarda, qalan 1%-i isə qanda olur. Bu mineral beyin və ürəkdə digər orqanlara nisbətən daha çox cəmləşmişdir. Bədənin maqneziuma olan ehtiyacı bəzi qidalar, maqnezium əlavələri və ya dərmanlarla təmin edilə bilər.
Maqneziumun Faydaları Nələrdir?
•Diş sağlamlığının qorunmasında çox təsirli bir gücə sahibdir.
•Sümüklərin inkişafına müsbət təsir edir..
•Bədəndəki yorğunluğun və tükənmişlik hissinin azaldır.
• Bədəndəki iltihabı azaldır.
•Diabetdən qorunmağa kömək edir.
• Maqnezium sayəsində ürək və əzələ sisteminin düzgün işləməsi təmin olunur. Bu da fiziki performansı artırmağa imkan verir.
• Maqnezium beyindəki kortizolu balanslaşdıran ən təsirli vitamindir.
• Bədənin qan səviyyəsi normal səviyyədə qalmasına və tarazlığın qorunmasına yardım edir.
• Elektrolit balansının qorumasına yardım edir.
• Hüceyrə bölünməsində iştirak edir.
• Hüceyrələri alüminium, nikel, kadmium, civə və qurğuşun kimi zərərli elementlərdən qoruyur.
• Orqanizmdə kalsium və kaliumun fəalliyyətinə müsbət təsir edir.
• Xoşbəxtlik hormonunu tarazlıqda saxlanmasında iştirak edir. Bədəndə kifayət qədər maqneziumun olması, depressiya və narahatlıq pozğunluqları yaşama ehtimalını azaldır.
Maqnezium ən çox hansı qidalarda var?
Maqneziumla zəngin olan əsas qidalar:
• fındıq, badam, püstə,
• yaşıl yarpaqlı tərəvəzlər (xüsusilə ispanaq)
• lobya
• kəpək çörəyi
• avokado
• kartof
• qəhvəyi düyü
• banan
• yulaf
• balqabaq toxumu
• tünd şokolad
• kinoa (quinoa) bitkisi
• qızılbalıq.
Maqnezium çatışmazlığı
Bu gün qidaların emalı zamanı tərkibindəki maqneziumda azalma müşahidə olunur. Qəbul edilən qidalarda maqnezium nisbətinin azalması və qidalanma vərdişlərinin fərqli olması səbəbindən maqnezium çatışmazlığı artıq daha çox müşahidə olunur.
Uzun müddətli maqnezium çatışmazlığı infarkt, insult, diabet və osteoporoz kimi sağlamlıq problemlərinə tutulma riskini artıra bilər. Bundan əlavə, qanda aşağı maqnezium səviyyəsi də kalsium və kaliumun udulmasına təsir göstərərək bu mineralların çatışmazlığına gətirib çıxara bilir. Bədən lazım olan maqneziumu kifayət qədər ala bilmədikdə, sümüklərdə yığılan maqneziumu istifadə etməyə başlayır.
Maqnezium çatışmazlığına səbəb olan amillər:
• 2-ci tip diabetl
• narkomaniya
• siqaret
• böyrək və qaraciyər xəstəlikləri
• yanlış qidalanma vərdişləri
• stresli həyat tərzi
• sidikqovucu dərmanların həddindən artıq istifadəsi
• antibiotiklərdən tez-tez istifadə etmək
• normadan artıq spirt içki qəbulu
• çölyak xəstəliyi və s.
Maqnezium faydaları üçün gündəlik qəbul edilməli olan maqnezium miqdarı yaşa və cinsə görə dəyişir: Stress və hamiləlik kimi vəziyyətlərdə bədənin ehtiyac duyduğu maqnezium miqdarı artır.
Aşağı və orta dərəcədə maqnezium çatışmazlığı səbəbiylə baş ağrısı, halsızlıq, ürəkbulanma, qusma, halsızlıq və yorğunluq kimi əlamətlər görünə bilər. Şiddətli maqnezium çatışmazlığı anormal ürək ritmləri, qıcolmalar, əzələ krampları, uyuşma və qarışqalanma kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Maqnezium çatışmazlığının qarşısını almaq üçün pəhrizinizə yaşıl yarpaqlı tərəvəzlər, dənli bitkilər, qoz, fındıq, badam kimi yağlı çərəzlər əlavə etməlisiniz. Həmçinin maqnezium əlavələrindən də istifadə edə bilərsiniz.
Yaşa görə gündəlik maqnezium normaları:
1-3 yaşlı uşaqlar: 80 mq
4-8 yaşlı uşaqlar: 130 mq
9-13 yaşlı uşaqlar: 240 mq
14-18 yaşlı oğlanlar: 410 mq
14-18 yaşlı qızlar: 360 mq
18-30 yaşlı kişilər: 400 mq
30 yaşdan yuxarı kişilər: 420 mq
18-30 yaşlı qadınlar: 310 mq
30 yaşdan yuxarı qadınlar: 320 mq
Hamilə və laktasiya edən qadınlar: 350-360 mq .