Praqmatik nədir
Praqmatizm XIX əsrin 70-ci illərində Kembricdə (ştat Massaçusets) toplaşan və Pirs tərəfindən “Metafizik klub” adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Pirsin yuxarıda adlarını göstərdiyimiz məqalələri işıq üzü görəndə diqqətdən kənar qaldılar. Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan “laboratoriya ruhu”nun ifadəsinə xidmət göstərməlidir. Onun başlıca məqalələrinin (“Əqidənin möhkəmləndirilməsi” və “Əqidələrimizi necə aydın edək”) əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləridir.
Praqmatik sözü çox vaxt fəlsəfi termin kimi qarşıya çıxır. Bu söz əsas formada “iş, hərəkət” mənasını verir. Ancaq düşüncə tərzi kimi baxdıqda daha dərin mənalar ehtiva edir.
Fəlsəfədə praqmatizm,praktiklik, praqmatizm, fiîliyye, utilitarizm, reallığa və hərəkətə söykənən, əməli nəticələr üzərində düşünməyə əsaslanan fəlsəfi cərəyandır. William James (1842-1910) tərəfindən yayıldı. Onun fəlsəfə məktəbindən gələni etmək həm də uğur qazanmaq deməkdir. Bu həm yaxşılıq nəzəriyyəsidir, həm də həqiqət nəzəriyyəsidir. Yaxşılıq nəzəriyyəsi olaraq utilitarizm rifahdır. Yaxşılıq ən çox fayda verən şeydir, burada faydalılıq həzz, məmnunluq və ya obyektiv dəyərlər siyahısı ilə müəyyən edilir. Həqiqət nəzəriyyəsi olaraq utilitarizm nəticəsidir. Düzgün hərəkət, bir şeyin tətbiq oluna biləcəyi dərəcədə real olduğunu iddiasına əsaslanır. İdeyanın həqiqəti onun faydalılığı və ya işləkliyi kimi müşahidə edilə bilən təsirləri ilə müəyyən edilir.
Praqmatizmi bir fəlsəfi təlim kimi sistemləşdirən Düi olmuşdur. Onun təfəkküründə maraq mərkəzi insan və onun praktiki problemləri idi. Düi insanın bütün fəaliyyətini, o cümlədən mənəvi və intellektual fəaliyyətini də mahiyyət etibarilə mühitə uyğunlaşma fəaliyyəti hesab edirdi. O, idrakın inikas kimi mümkünlüyünü va zəruriliyini inkar edir, intellektə yalnız uyğunlaşdırıcı məna verir, onun funksiyasını gələcəkdə ətraf mühitin obyektləri ilə ən səmərəli və sərfəli münasibətlər yaradılmasının yollarını müəyyən etməkdə görürdü.
Düi idrak fəaliyyəti ilə qiymətləndirmə fəaliyyəti arasında məntiqi fərq olmasını inkar edirdi. Onun mövqeyinə görə, həqiqətə aparan yol dəyərlərə aparan yolla üst–üstə düşür.
Düinin fəlsəfəsinin çıxış nöqtəsi təcrübədir. Təcrübə onda əks olunan hər şeyi, hadisələr və şəxslər dünyasını, hətta təcrübədə qavranılan dünyanı, insanların fəaliyyətini və taleyini ehtiva edir. Təcrübənin müxtəlif siyasi, intellektual, dini, estetik, sənaye və digər növlərinin mövcud olması bununla bağlıdır.
Düi xarici aləmin dərk edilməsi məsələsinin qoyuluşunu mənasız elan edir, belə hesab edir ki, elmin və intellektin vəzifəsi “bəşəri problemlərin” həll planlarını tərtib etmək və onların praktikada həyata keçirilməsi üçün yollar və vasitələr axtarmaqdır.