Qidalanma

Qan artıran qidalar

Qan artıran qidalar hansılardır? Qan azlığının çarəsi nədir? Qan azlığı günümüzdə bir çox insanın qarşılaşdığı problemlər siyahısındadır. Qan azlığı insan bədənindəki hemoqlobinin müəyyən dövrlərdə azalması ilə ortaya çıxan bir problemdir. Qan azlığının səbəbləri sırasında müxtəlif faktorlar yer alsa da, sağlıqsız və normal qidalanmamaq da önəmli rol oynayır. Qan azlığı həkimin yazdığı resept dərmanlardan əlavə günlük sağlam şəkildə qidalanmaqla da, yaxşılaşdırıla bilər. Qidalanma rejiminizi müəyyənləşdirərkən həkim məsləhəti almağınız sağlamlığınız üçün faydalı olacaqdır. Bəs qan artırmaq üçün hansı qidalardan istifadə olunmalıdır?

1.Keçibuynuzu bəhməzi – Tərkibində olan dəmir, mineral və vitaminlərin təsiri ilə sürətli qan artıran qidalar arasındadır. Səhər yeməyi menyusuna bir qaşıq keçibuynuzu bəhməzi əlavə etməklə, bədəninizdəki qan dəyərlərini artıracaq, həm də sağlamlığınıza müsbət təsir edəcək. Bəhməz seçərkən tərkibində əlavə şəkər olmamasına xüsusi diqqət etmək lazımdır. Çünki keçi boynuzu bəhməzində kifayət qədər şəkər mövcuddur.

2.İspanaq – Ən çox qan artıran qidalar sırasındadır. Ürək və damar rahatsızlıqlarına müsbət təsir göstərməyi ilə yanaşı, içərisindəki vitaminlər metabolizmanı (immun sistemi) da gücləndirir. Həftədə ən azı bir dəfə günorta və ya axşam yeməklərinizdə ispanaqdan istifadə etməyiniz sizin üçün faydalı olacaqdır.

3.Çəyirdəkli quru üzüm – Hər gün istifadə olunan çəyirdəkli qara quru üzüm qanı sulandırıcı bir təsirə sahibdir. Bununla yanaşı, həm enerji deposudur, həm də ürək və beyin üçün çox faydalıdır. Canınız şirin  bir şeylər istədiyində, ara fasilələrində istifadə edə bilər və ya çərəz qabınızda daim yanınızda saxlaya bilərsiniz.

4.Yaşıl mərci – Yaşıl mərcininin tərkibindəki dəmir,maqneziyum qırmızı qan hüceyrələrinin yaranmasında önəmli rol oynayır. Bununla əlaqədar olaraq, yorğunluq kimi əlamətləri də azaldır. Yaşıl mərci həm şorba olaraq, həm də salatlarda istifadə oluna bilər.

5.Qırmızı ət – Ən önəmli dəmir qaynağı olan qırmızı ət günlük qida rasionunuza daxil etməli olduğunuz birinci qidadır. Bir çox digər faydası ilə bərabər digər qidalardan alınan dəmirin həzm olunmasında böyük bir təsirə malikdir.

6.Portağal – C vitamini bədəndə olan dəmiri çox daha sürətli bir şəkildə artıracağı üçün bol-bol istifadə olunmalıdır. Portağalda C vitamini deposu bir meyvə olması səbəbi ilə həm dəmir səviyyəsini artıracaq, həm də immun sisteminizi gücləndirəcəkdir.

7. Badam – Özəlliklə dəri baxımında sıxlıqla istifadə edilən badam tərkibində E vitamini olması ilə məşhurdur. İnsan bədənində dəmir səviyyəsini artırdığı üçün qan artıran qidalar sırasındadır. Gün ərzində ortalama 4-5 ədəd istifadə edilən badam qan hüceyrələrini artırarkən dərinizi də gözəlləşdirəcəkdir.

8. Qaraciyər -Tərkibindəki dəmir və B12 vitamini ilə bədəndəki hemoqlobin səviyyəsinin artırılmasında güclü təsir malikdir. İçindəki A vitamini sayəsində immun sisteminizi də gücləndirəcəkdir. Quzu və toyuq qara ciyərini günlük yemək rasionunuza daxil edə bilərsiniz.

9.Çuğundur – Daha çox yeməklərin yanında seçim edilən çuğundur içindəki C vitamini sayəsində dəmirin bədəndəki səviyyəsini artırır və qan təzyiqini tənzimləyir. Çuğundur sadəcə turşu olaraq deyil, cips və salat olaraq, hətta suyunu çəkərək də istifadə edə biləriniz.

10. Hind toyuğu əti – Qansızlığa müsbət təsir göstərən hind toyuğu qan dəyərlərini yaxşılaşdırır. Hind toyuğu əti, qızartma olaraq yedikdə, qan dəyərlərinin daha sürətli tənzimlənməsinə yardım edəcəkdir. Vitamin dəyəri yüksək olan hind toyuğu əti mütəmadi olaraq istifadə olunması qansızlıq probleminizin aradan qaldırılmasında yardımçı olacaqdır.

11.Çiyələk – Yaz fəslinin sevilən meyvələrindən olan çiyələk, qan azlığından əziyyət çəkənlərin bol-bol istifadə etməsi gərəkən bir meyvədir. Çiyələyin vitamin dəyəri yüksək olduğu üçün qan azlığını yaxşılaşdırmağa kömək edir.

12.Brokoli-Fol turşusu  baxımından zəngin bir tərəvəz olaraq bilinən brokoli, qan artıran qidalar arasındadır. Mütəmadi və zeytinyağlı brokoli seçimləri sayəsində qan hüceyrələrinin sayı qoruna bilər.

13.Quru əncir – C vitamini qaynağı olan quru əncir, hər mövsüm qan dəyərini qorumağa yardımçıdır. Quru ənciri istifadə edərək qan azlığının qarşısını almaq mümkündür. Vitamin və mineral baxımından zəngin bir qida olduğu üçün qan artıran qidalar sırasına əlavə oluna bilər.

Delicious dried figs in a wooden bowl closeup, selective focus.

14.Xurma – Qan azlığına müsbət təsir göstərən, qan artıran qidalar içərisində xurma önəmli yer tutur. Xurmanın mütəmadi istifadəsi sayəsində qırmızı qan hüceyrələrinin sayı qorunur. Evdə və iş yerinizdə xurma istifadə etmək özünüzü daha yaxşı hiss etmənizə gətirib çıxaracaq.

15.Balıq – Qan artıran qidalardan biri olan balıq, fosfor və dəmir qaynağıdır. Mövsümü olaraq balıq yeyərək qan dəyərlərinizi qoruya bilərsiniz. Qan azlığı ilə rastlaşan insanların bir çoxunun balıq yemədiyi bilinir. Bu səbəblə mütəxəssislər həftədə 1-2 dəfə balıq istifadəsini məsləhət görürlər. Balıq, vitamini və mineral dəstəyi ilə qan dəyərlərinin aşağı düşməsinin qarşısını alır.

16.Yumurta – Ana südündən sonra ən faydalı qida olaraq bilinən yumurta, protein nöqteyi – nəzərdən zəngin bir qidadır. Yumurtada yer alan dəmiri bədən asan istifadə edir. Qan dəyərləri önəmli olan B12 vitamini yumurtada olduqca çoxdur. Yumurtanı çox bişirmək və ya yağda qızartmaq qida dəyərlərini aşağı sala bilər.

İstinad:
www.nefisyemektarifleri.com

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button