Xalq təbabəti

Qurdun əlamətləri

Bağırsaq qurdu, bağırsaqlara yerləşən parazitlərin səbəb olduğu bir cür infeksiya növüdür. Bağırsaq qurdu daha çox uşaqlarda və uşaqlı ailələrdə rast gəlinir. Gigiyenik çatışmazlıqdan qaynaqlanan bu durum, bir insan ilə təmas və ya ortaq əşya istifadəsi zamanı yayıla bilər. Bu hal qarın ağrısı, ishal və müxtəlif həzm problemlərinə səbəb ola bilər.

Bağırsaq qurdunun əlamətləri nələrdir?

1.Qarın və mədə ağrısı

2.Mədə bulantı və qusma

3.Qaz və şişkinlik

4.İştahsızlıq və səbəbi bilinməyən çəki itkisi

5.Yüksək qızdırma

6.Rahatsızlıq

7.Yuxu problemləri

8.Anüs və ya vaginal bölgədə qaşıntı

9.Ümumi olaraq halsızlıq

Yuxarıda bəhsbedilən simptomlarla yanaşı, bəzi durumlarda genişlənmə ola bilər. Qanlı nəcis və ishal görülə bilər.

Bağırsaq qurdunun müalicəsi necə edilir?

Bağıraq qurdu, həzm sistemi xəstəlikləri ilə bənzər simptomlar göstərdiyinə görə bu halın müalicə edilə bilməsi üçün həkim məsləhəti almaq lazımdır. Həkimlər ümumən, bakteriya növünə və infeksiyanın şiddətinə uyğun bir dərman müalicəsinə başlayırlar. Dərmanlar, 1-3 gün müddətlə qəbul edilir və lazımi hallarda 2 həftə sonra eyni dozalarda təkrarlanır. Bağırsaq qurdu yoluxucu bir infeksiya olduğu üçün dərmanların ailəlikcə istifadəsi məsləhətdir. Simptomlar, dərman istifadəsindən sonra ümumilikdə bir neçə həftə içində azala və ya tamamilə bitə bilər. Müalicənin təsirli olması üçün dərmanların həkimin məsləhət bildiyi dozada və müddətdə qəbul olunması vacibdir. Müalicə tamamlandıqdan sonra parazitlərin və qurdun məhv olub-olmadığını müəyyənləşdirmək üçün yeni bir nəcis testi edilir.

Bağırsaq qurdunun qarşısını necə almaq olar?

1.Gigiyenik təmizlik-Bağırsaq qurdu və digər yoluxucu infeksiyaların qarşısına keçmək üçün ən təsirli üsullardan biri əlləri tez-tez su və sabunla yumaqdır.

2.Tualet istifadəsi-Ümumi istifadədə olan tualetlər hər istfiadədən əvvəl və sonra təmizlənməlidir.

3.Meyvə-tərəvəz təmizliyi-Meyvə və tərəvəzlər yeyilməzdən öncə yaxşıca yuyulmalıdır. Üzərlərində ola biləcək parazitlərdən təmizlənmələri üçün önəmlidir.

4.Əti bişirmək-Əti yeməzdən əvvəl yüksək dərəcədə yaxşıca bişirmək lazımdır.

5.Ortaq istifadədə olan əşyalar-Xüsusilə, dəsmal, məhrəba, daraq, fincan və s. kimi əşyaların ayrı-ayrı olması məsləhətdir.

İstinad: www.anadolusaglik.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button