Xalq təbabəti

Zeytun yağının faydaları

Zəngin qida qaynağı olan zeytun yağının faydaları saymaqla bitməz. Hər dərdə dərman olan zeytun yağının insan sağlığına da faydaları çoxdur. Zeytun yağı ürək sağlamlığını qoruyur, həzm sistemini tənzimləyir, çəki atmağa yardımçı olur və xərçəngə qarşı mübarizə aparır. Saymaqla bitməyən faydaları ilə önəmli qida qaynağı olan zeytun yağı çox qədim zamanlardan günümüzə qədər istifadə olunmaqdadır. Zeytun yağının faydaları aşağıdakılardır:

1.Metabolizmayı artırır: Zeytun yağı uşaqlarda beyin inkişafı, sümük düzülüşünü və metabolizmanı sürətləndirir. Yaşlı insanlar üçün lazım olan E vitamini qaynağıdır.

2.Çəki atmağa yardım edir: Mütəxəssislər zeytun yağının çəki atmağa yardımçı olduğunu söyləyirlər.

3.Sindirim sisteminə faydalıdır: Bağırsaq hərəkətlərini yaxşılaşdırmaq və sindirim sistemini tənzimləmək məqsədilə tibbi bir yağ olaraq istifadə edilməktədir.

4.Ürək sağlığında müsbət təsirə malikdir: Təbii zeytun yağı 70 % doymamış yağ asidin ibarətdir. Nəticə olaraq, qandakı xolesterolu və ürək problemlərini azaldır.

5.Dəri sağlığını qoruyur: Zeytun yağı tərkibində yüksək dərəcədə E vitamini vardır və bu vitamin dərini külək, günəş şüaları kimi xarici təsirlərdən qoruyur. Əlavə olaraq, zeytun yağı son dərəcə yüksək nəmləndiricilik xüsusiyyətinə malikdir.

6.Erkən qocalmanın qarşısını alır: Zeytun yağı insan bədəninin qocalma müddətini yavaşlatmaqdadır. Təbii bitkisəl terapidə və gözəllik məhsullarında istifadə olunan bu yağ, dəriyə təbii parlaq bir görüntü verməkdədir.

7.Xərçəngə qarşı mübarizə aparır: Zeytun yağının insan bədənində xərçəngin böyüməsinə, ələlxüsus, bağırsaq xərçənginə qarşı qoruduğu bilinməkdədir.

8.Hüceyrə divarlarını qüvvətləndirir: Zeytun yağının tərkibində daha güclü hüceyrə divarlarının yaranmasının yardımçısı olan polijenoller vardır. Eyni zamanda, müxtəlif ürək rahatsızlıqlarına qarşı arter divarlarının elastikliyini artırmaqdadır.

9.Döş xərçənginin qarşısını alır: Son dövrlər edilən araşdırmalara görə, zeytun yağının mühüm bir tərkib hissəsi olan hidroksilirosolin, postinenopozal qadınlarda yarana biləcək döş xərçənginə qarşı mübarizə apara biləcəyini ortaya qoymuşdur.

10.Yüksək təzyiqdən qoruyur: Son zamanlarda edilən bir araşdırmaya görə, nitrik,nitrat və yağ baxımından zəngin qidalardan meydana gələn bir zeytun yağı diyetinin sizi yüksək təzyiqdən qoruya biləcəyini göstərməkdədir.

Zeytun yağının saça faydaları nələrdir?

1.Kəpəyi yox edir; Kəpək problemi günümüzdə milyonlarla insanın yaşadığı bir problemdir. Zeytun yağı və limon suyu qarışımı isə bu problemi həll edir. Eyni miqdarda limon suyu və zeytun yağı qarışdırılır, daha sonra isə saça vurularaq masaj edilir. 20 dəqiqə gözlədilir və saç şampunu ilə saçlar yuyulur.

2.Saç köklərinin güclənib, parlaqlaşmasına yardım edir; Zeytun yağı A vitamini, E vitamini və antioksidan baxımından son dərəcə zəngindir. Bu səbəbdən, hər həftə ən az bir dəfə masaj şəklində saçlara tətbiq edilməsi çox daha güclü və parlaq saçlar əldə edilməsinə yardımçı olacaqdır. Bu prosesi, təxminən 2-3 ay təkrarladığımızda nə qədər faydalı bir iş gördüyümüzün fərqinə varacaqsınız.

3.Saçların asan şəkildə düzgün forma almasına kömək edir;Zeytun yağı yalnızca mətbəxlərdə yeməklərə ləzzət qatan bir məhsul deyil, eyni zamanda saçlara da faydası çoxdur. Saçların düzgün forma alması, biri-birindən fərqli səbəblərə bağlıdır. Qırılma, xarici təsirlər, hava şərtləri və saçın yağlılıq dərəcəsi bu səbəblərin kökündə dayanır. Zeytun yağı ilə saçlarına masaj etmək, bütün bu problemləri aradan qaldırır və çox asan bir şəkilfdə forma almasına kömək edir.

4.Saçların daha sürətlə uzanmasına kömək edir; Saçların uzanma sürəti daha çox genetik xüsusiyyətlərlə bağlıdır. Lakin xarici təsirlərin də bu işdə önəmi böyükdür. Zeytun yağı, saçların uzanmasını sürətləndirən bir istehlak məhsuludur. Lakin, saçları uzadarkən istehlak məhsulu kimi deyil, saça qulluq vasitəsi kimi istifadə oluna bilər. Quru və yetəri qədər qulluq edilməyən saçlara problemi həll etmək adına yarım stəkan zeytun yağı ilə saçlara masaj edilir. 30 dəqiqə ərzində saçları yumadan gözləyərək saçlardakı nəmliyi tənzimləyəcək və saç köklərini qidalandıracaqdır. Bilavasitə, saçların uzanması prosesi də sürətlənəcəkdir.

5.Saçların parlaqlığını artırır; Əgər tez-tez saç feni və saç düzləşdiricilərdən istifadə olunursa, saçların yıpranması daha tez baş verəcəkdir. Bu zaman, saçlar yalnız yıpranmaz, eyni zamanda cansızlaşar və dolğun görünməz. Çarəsi isə, zeytun yağı istifadə edərək saçlarınıza tətbiq edəcəyiniz masaj, saç parlaqlığını son dərəcə artıracaqdır.

6.Saç dərisini gücləndirir; Saç baxımı nə qədər önəmlidirsə, saç dərisi baxımı da, bir o qədər önəmlidir. Çünki, saç dəriyə bağlıdır. Bu səbəbdən, hər hansı bir saç problemində ilk olaraq dəri yoxlanılır və problemin nə olduğu aşkara çıxarılır. Saç dərisinin nəm saxlanılması, kəpək və digər problemlərdən qorunması saç problemlərinə yüksək dərəcədə müsbət təsir göstərəcəkdir. Zeytun yağı da bu nöqtədə ən faydalı təbii çözüm vasitəsidir. Saç dərisinə edəcəyiniz zeytun yağı masajı ilə çox daha güclü bir dəriyə sahib ola bilərsiniz.

Zeytun yağının zərərləri nələrdir?

-Zeytun yağı yağlı dərilərdə ya da dermatit kimi dəri problemlərində istifadəyə uyğun deyildir. Ayrıca, azyaşlı uşaqlarda da istifadəsi yolverilməzdir. İnkişaf etdikcə, egzamaya səbəb ola bilər.

-Həddindən artıq istifadəsi çəki artımına səbəb ola bilər.

-Yüksək dərəcədə asanlıqla alışma xüsusiyyətinə malikdir. Yandığını gördüyünüz halda, qətiyyən istifadə etməyin.

-Həddindən artıq miqdarda zeytun yağı istifadəsi öd kisəsində daş yaranmasına və ya tıxanmaya səbəb ola bilər.

İstinad: www.milliyet.com.tr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button