Qidalanma

Süd artıran qidalar

Möcüzəvi bir qida deyildiyində, şübhəsiz, ana südü siyahının  ilk siyasında yer tutur. Bunun səbəbi isə uşağın immun sistemini gücləndirməklə yanaşı, ürək, diyabet və xərçəng kimi bir çox xəstəliyin riskini azaltmağa da yardımçı olmasıdır. Bu səbəblə, mütəxəssislər uşaqların ilk 6 ay mütləq şəkildə ana südü ilə qidalanmalı olduqlarını hər fürsətdə vurğulayırlar. Ana südünün keyfiyyətli və bol miqdarda olması çox önəmlidir. Ana südünü artıran qidaları aşağıdaki kimi sıralamaq olar:

1.Quru paxlagillər – Ana südünü artıran qidalar arasında yaşıl mərci, noxud, paxla və lobya kimi quru paxlagillər olur. Həftədə 2-3 dəfə süfrənizdə olması sizə faydalı olacaqdır.

2.Quru meyvələr – Quru meyvələrin kalsium tərkibi yüksək olur. Bu özəllikləri ilə də ana südünü artıran təsirə malik olurlar. Gündə 1-2 porsiyon qədər quru meyvə tükətməkdə fayda var.

3.Qara çörəkotu – Tərkibində olan steriodal təsirdəki birləşmələr ana südünün çoxalmasını təmin edir. Süd artırıcı qara çörək otunu əzilmiş olaraq istifadə etməyiniz həzm baxımından çox daha faydalı olacaqdır.

4.Qoz,fındıq,badam – Qoz,fındıq və badam kimi yağlı toxumlar qidalanma siyahısında mütləq yer almalıdır. Bu toxumlar bədənimiz tərəfindən sintezlənməyən və mütləq xaricdən alınmaları gərəkən yağlar baxımından zəngin olduqları üçün ana südünün keyfiyyətinin artmasında önəmli bir rol oynayır. Ayrıca yağlı toxumlar tərkibində olan bəzi aminoasitlər süd yaranışı üçün lazımlı olan seratoninin tərkibinə qatılaraq süd miqdarını və keyfiyyətini artırır. Hər gün fasilə zamanı 1 ovuc içi qədər quru meyvə yeməyiniz kifayət olacaqdır.

5.Su – Ana südünün 90%-i sudan ibarətdir. Çünki susuz bir bədəndə süd istehsalı daha az olur. Günlük ehtiyacınızdan 1 litr daha çox su içməyə çalışın. Günlük su ehtiyacınızı təsbit etmək üçün çəkinizi 30-a vurun. Məsələn: Çəkiniz 60 kilodursa, gündə 1800 ml qədər su içməlisiniz.

İstinad: www.acibadem.com.tr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button