Arıqlamaq üçün nə etməli? Effektiv Üsullar
Köklük –xəstəliyin ən qabarıq əlamətidir. Kökəlməyə başlayan adam artıq sağlam deyil, həyəcan təbili çalmaq lazımdır. Kökəlmək artıq maddələr mübadiləsinin pozulduğunu göstərir. Belə bədən əsl mikrob yuvasıdır.
Artıq çəkifərqində olmasanız da, sağlamlığı təhdid edən əsas amillərdən biridir. Piylənməyə səbəb olan artıq çəki ürək-damar xəstəliklərindən şəkər xəstəliyinə qədər bir çox xəstəliklərə yol açır. Qidadan alınan enerji bədənə daxil olduqdan sonra yandırıla bilmirsə, piy toxuması kimi yığılaraq piylənməyə səbəb olur. Piylənmə sizin üçün problemə çevrilməmişdən qabaq tədbir alın. Əks halda, artıq çəki sizi həyatınız boyu izləyəcək və sağlamlığınızı ciddi şəkildə təhdid edəcək.
Artıq Çəkinin Zərərləri nələrdir?
Piylənmə qısa zamanda həll oluna biləcək bir sağlamlıq problemi deyil. Çəki əslində çox qısa zamanda alınmır, bədəndə yağ yığılması illər keçdikcə artır və nəticədə sadəcə az yeməklə həll olunmayacaq bir problemə çevrilir. Şübhəsiz ki, piylənmə orqanizm üçün ciddi bir yükdür. Artıq çəkinin və piylənmənin insan orqanizminə vurduğu zərərlər aşağıdakılardır:
- Motivasiya olmaması, ruh düşkünlüyü
- Oynaqlarda, xüsusən də dizlərdə narahatlıq
- Sümük ağrısı
- Onurğa ağrısı
- Bel ağrıları
- Daimi yorğunluq
- Təngnəfəslik, pilləkənləri qalxmaqda çətinlik çəkmək
- Sürətlə yeriməkdə çətinlik çəkmək
- Gənc olmasına baxmayaraq yaşından böyük görünmək
Qidalanma insan orqanizmində serotonin adlı xoşbəxtlik hormonunun ifrazını stimullaşdıran amillərdən biridir. Belə olan halda qidalanma insanın qida ehtiyaclarını ödəməklə yanaşı, həm də insanın zövqünü yaxşılaşdırır, onu sevindirir, sosial ehtiyaclarını ödəməyə şərait yaradır. Bu da özü ilə piylənməni, çağın xəstəliyini gətirir… Bu gün sağlam qidalanma və ya arıqlamaq artıq yalnız estetik qayğılar üçün həyata keçirilməsi lazım olan bir sistem deyil, sağlam həyat üçün bir zərurətə çevrilir. Bəs necə sağlam çəkiyə enib bu çəkidə qala bilərik?
Artıq çəkidən xilas olmaq üçün ilk öncə sağlam həyat tərzini seçmək lazımdır. Beləliklə artıq çəki yavaş-yavaş orqanizmi tərk edəcək.
Sağlam arıqlama orqanizmin ehtiyac duyduğu zülal, karbohidrat, yağ, vitamin və minerallar kimi qida maddələrini fiziki quruluşda heç bir pozulmaya səbəb olmadan kafi və balanslı miqdarda alaraq arıqlamaqdır.
Pəhriz proqramlarında ən çox rast gəlinən problemlərdən biri də insanın tez arıqlamaq istədiyi ifadəsidir. Bu çox yanlış fikirdir.
Sağlam həyat tərzi sizi fiziki və mənəvi cəhətdən sağlam, yaxşı və xoşbəxt hiss edən həyat tərzidir. Sağlam həyat ümumiyyətlə bədənimizə və ruhumuza faydalı olan vərdişlərə sahib olmaqdır.
Sağlam həyat niyə vacibdir?
- Xəstəliklərdən qoruyur.
- Ömrünün uzadılmasına töhfə verir.
- Təbiətlə dost həyat təklif edir.
Sağlam həyatın həm bədənimiz, həm ruhumuz, həm də dünyamız üçün çoxlu faydalarından danışmaq olar.
Sağlam arıqlamaq yolları
1.Sağlam qidalanma
Sağlam qidalanma sağlam həyat üçün ən vacib amillərdən biridir. Kifayət qədər tərəvəz və meyvə istehlak etmək, mövsümi və təmiz qidalar yemək, işlənmiş qidadan ya tam imtina etmək, ya da minimuma endirmək, siqaret və spirtdən imtina etmək, sadə karbohidratlar yerinə kompleks karbohidratları seçmək kimi bir çox düzgün addımlar atıla bilər.
Hazır meyvə şirəsi və turşulu içkilər yerinə təzə meyvə və bitki çaylarından istifadə etmək həm bədəndəki ödemi aradan qaldırır, həm də toksinlərin yığılmasının qarşısını alaraq yağ yandırılmasını artırır. Yeməklərə ədviyyatlar əlavə etmək, ağ çörək yerinə kəpək, çovdar və ya tam buğda çörəyi istifadə etmək, hər yeməkdə salat yemək də bağırsaqların işini tənzimləyir və arıqlamağa mane olan bağırsaq problemlərinin qarşısını alır.
2. Aktiv həyat sürmək
Passiv həyat insan üçün son dərəcə ziyandır.
Fiziki fəaliyyətin sağlamlıq üçün bir çox faydası var. Faydalı məşq və fiziki fəaliyyət əzələ və sümüklərin güclü olmasını dəstəkləyir. Tənəffüs, ürək-damar və ümumi sağlamlığı yaxşılaşdırır. Aktiv qalmaq düzgün çəkini qorumağa, 2-ci tip diabet, ürək xəstəliyi riskinizi azaltmağa və b xərçəng xəstəliyinin növləri riskinizi azaltmağa kömək edə bilər.
Müntəzəm məşqlər bədəninizi formalaşdırmağa və daha fit bir görünüşə sahib olmağa kömək edir. Omba, qarın və kürək kimi bölgələrdə yığılan yağların əridilməsində təsirli olan nizamlı idman sizi ürək xəstəlikləri, diabet və təzyiq kimi xəstəliklərə qarşı da qoruyur. Qarın əritmə məşqləri ilə bədənin ən davamlı hissəsindəki piylərdən xilas ola bilərsiniz.
Bəzən insanlar işlədikləri üçün idman eləməyə vaxtları qalmamağından şikayət edirlər. Ancaq xırda dəyişikliklərlə həyatınızı daha aktiv edə bilərsiniz.
Bunlardan bəziləri lift əvəzinə pilləkənlərdən istifadə etmək, iş yerinizə getməzdən əvvəl bir neçə məhəllə mikroavtobus və ya avtobusdan enib 300-500 metr piyada getmək, nahardan sonra parkı və ya ətraf küçələri gəzməkdir. Axşamlar isə bacardığınız qədər sərt və sürətli addımlarla 5-10 dəqiqəlik gəzintilər… Evə qayıdanda 10-15 dəfə olsa belə, əzələləri gücləndirən və oynaqları dəstəkləyən fiziki hərəkətlər edə bilərsiniz: iplə tullanmaq, təkan hərəkətləri etmək, əyilmək və ayaqda durmaq, bağçanı, maşını təmizləmək və s. hərəkətlərlə bədən sağlığınızı qoruya bilərsiniz.
3. Stressi nəzarət altında saxlamaq
Stressin idarə edilməsi sağlam həyat üçün son dərəcə vacibdir. Stress, immunitet sisteminin zəifləməsi, həzm problemləri, depressiya, narahatlıq və ürək xəstəlikləri kimi bir çox vəziyyət üçün əhəmiyyətli bir risk faktorudur.
Həyatımızda stress yaşamamaq mümkün deyil, amma önəmli olan streslə necə qarşılaşdığımız və idarə etdiyimizdir. Stress səviyyəsini minimumda saxlamaq, sağlamlığımıza təsir edən səviyyələrə çatmadan stress mənbəyinə həll yolu tapmaq və ya meditasiya, yoqa və nəfəs məşqləri kimi stress idarəçiliyini dəstəkləyən təcrübələrdən faydalanmaq son dərəcə vacibdir.
1. Erkən oyanmağa çalışın
Sağlam bir şəkildə arıqlamaq üçün nə etməli olduğunu soruşanlara əvvəlcə yuxu düzgün qurmağa çalışmalıyıq. Əgər erkən yatıb tez oyansanız metabolik sürətiniz həmişə sürətli olacaq.Artan maddələr mübadiləsi sürəti sayəsində evdə arıqlamaq daha asan olur.
Özünüz üçün bir yuxu rejimi yaradın və erkən oyanmağa çalışın.
2. Bol su içmək
Arıqlamağın ən sağlam yolunu axtaranlar gün ərzində mütləq bol su içməlidirlər.
Qidanın tərkib hissəsi olan su maddələr mübadiləsinin gedişinə və təmizləmə prosesinə güclü təsir göstərir. Hər kəsin içməli olduğu suyun miqdarı onun bədəninin parametrindən, gördüyü işin xarakterindən, şəxsin davranışından çox asılıdır. Amma bir şey hamı üçün eynidir: xaric edilən su qədər su içmək vacibdir.
Çiy su içməyən adam bədənindəki şlakın hüceyrələrdə, damarlarda yığılıb qalmasına və müxtəli xəstəliklər törətməsinə gözəl şərait yaradır. Su təkcə orqanizmi təmizləmək funksiyasını daşımır, həm də bədənin tempraturunu ətraf mühitin tempraturuna görə tənzimləyir.Su yağın mübadiləsinə kömək edir, piyi tər vasitəsilə bədəndən qovur. Suyu içməyə səhər tezdən acqarına yuxudan duranda başlamaq lazımdır. Yuxudan duranda ağzınızı və boğazınızı yaxalayaraq 1 fincan su için. Gün ərzində suyu düzgün içsəniz şəkildə içsəniz (yemək zamanı və dərhal içmək olmaz. Yeməkdən ən tez 30 dəq. əvvəl içmək lazımdır) Ə. Əzimzadə”Möcüzəsiz möcüzə”
3. Yeməyin yarım porsiyasını yeyin.
Arıqlamaqda edilən səhvlərdən biri də porsiyaya nəzarət etməməkdir.
Qidaları porsiyalara uyğunlaşdıraraq istehlak etsəniz, çəki artımının qarşısını ala bilərsiniz.
Sağlam yemək üçün ət, tərəvəz və paxlalıları balanslaşdırmağa diqqət edin.
Tərkibində paxlalılar olan yeməklərdə çörək istehlakından çəkinməlisiniz.
4. Bol-bol meyvə-tərəvəz yeyin.
Tərəvəz və meyvələrlə zəngin bir pəhriz tərtib edin. Tərəvəz və meyvələr vitamin mənbəyidir. Xüsusilə C vitamini ilə zəngin qidalar arıqlamağa kömək edir. Limon, qreypfrut, portağal, brokoli, cəfəri, nanə kimi qidaları qəbul etməklə daha sürətli arıqlaya bilərsiniz.
Salat istehlakına və meyvə yeməklərinə diqqət etsəniz, evdə arıqlama prosesiniz daha sağlam şəkildə irəliləyəcək.
5. Un, şəkər və yağı həyatınızdan çıxarın.
Harada olursunuzsa olun un, şəkər və yağ istehlakı kökəlməyə səbəb olacaq. Əgər siz hər zaman evdəsinizsə və oturaq həyat tərzi keçirirsinizsə, bu 3 qida sizin artıq kökəlməyinizə səbəb olacaq.
Ağ un əvəzinə qəhvəyi un, şəkər yerinə balı seçib yeməklərinizə zeytun yağı əlavə etməklə özünüzü daha gümrah hiss edə bilərsiniz. Sağlamlığa uyğun qidalar seçdiyiniz zaman evdə arıqlamaq daha asan olacaq.
6. Ara öyünlərdə şəkərsiz bitki çaylarından istifadə edin.
Arıqlamaq üçün bitki çaylarından dəstək almalısınız. Bitki çayları maddələr mübadiləsini sürətləndirəcək. Yaşıl çay, adaçayı, çobanyastığı çayı və nanə çayı arıqlamağa kömək edən çaylardır. Bu bitkilərdən istifadə edərək evdə çay hazırlaya və istehlak edə bilərsiniz. Yağların yandırılmasını asanlaşdıran bitki çaylarından istifadə edərək bağırsaqlarınızı rahatlaşdıracaqsınız.
Günə təmiz bağırsaqlarla başladığınız zaman arıqlama prosesi başlayacaq.
7. Hər gün duş alın.
- Arıqlama prosesində hüceyrə yenilənməsi mühüm yer tutur.
- Gün ərzində hüceyrələrin yenilənməsini dəstəkləmək və evdə daha asan arıqlamaq üçün yatmazdan əvvəl duş qəbul etmək məsləhətdir.
- İsti duş qan dövranını sürətləndirir və maddələr mübadiləsi sürətini artırır.
- Ev şəraitində arıqlamaq üçün duş qəbul etməyiniz tövsiyə olunur.
- Mümkün qədər işlənmiş və qablaşdırılmış qidalardan uzaq durun.
- Turşu tərkibli içkilər qəbul etməyin.
- Qızardılmış və həddindən artıq yağlı qidalardan uzaq durun. Qızardılmış yeməklərin yerinə qaynadılmış və ızgara yeməklərə üstünlük verin.
- Qəlyanaltılarınızda badam, qoz və fındıq kimi çiy qoz-fındıqları nəzarətli şəkildə istehlak edin.
- Lifli qidalardan istifadə edin.
- Nahar və şam yeməyinə mövsümi tərəvəzlərdən salatlar əlavə etməyi unutmayın.
- Sürətli yemək vərdişinizdən imtina edin. Yeməyi yavaş-yavaş yeməyə çalışın.
- Gec yeməyin. Axşam yeməyindən yatana qədər yüksək kalorili qidalar qəbul etməməyə diqqət edin.
- Pəhriz proqramınız sizə xas olmalıdır. Populyar pəhrizlərdən çəkinin.
- Fiziki fəaliyyətinizi artırın. Gəzinti, üzgüçülük, fitnes və s. Sizə uyğun idman vərdişi edin.
- Yuxu rejiminə diqqət yetirin.
Yavaş sürətlə arıqlayan insanlar (həftədə təxminən 1-2 kiloqram) bu yolda daha uğurlu olurlar. Sağlam arıqlamaq yalnız “pəhriz” və ya “proqram” deyil. Söhbət gündəlik yemək və məşq vərdişlərində uzunmüddətli dəyişiklikləri ehtiva edən davamlı həyat tərzindən gedir.
Sağlam bir çəkiyə çatdıqdan sonra, uzun müddət çəkinizi saxlamağınıza kömək etmək üçün sağlam qidalanma və fiziki fəaliyyətə etibar edin.