Ümumi

Immuniteti qaldıran qidalar

Dünyada yollar çoxdur. Amma taleyin cəmi 2 yolu var: biri – sağlamlıq və xoşbəxtlik, o biri – xəstəlik və bədbəxtlik. Sağlam həyat tərzi adamı sağlamlıq və xoşbəxtlik yolu ilə irəli aparır, qeyri-sağlam həyat tərzi isə – xəstəlik və bədbəxtlik yolu ilə uçuruma sürüyür.(Ə. Əzimzadə)

Sağlam olmaq insan üçün dünyanın ən gözəl nemətidir. Sağlamlıq çox vaxt öz-özünə mövcud olan bir vəziyyət kimi qəbul edilir. Yəni bəzi insanlar elə düşünür kı, sağlamlıq öz-özünə yaranır.Ancaq sağlam olmaq üçün səy göstərilməlidir. Təbii ki, bu mərhələdə görülməli olan işlər valideynlərin üzərinə düşür. Məsələyə nəsillərin sağlamlığı kimi baxdığımızda sağlamlığın və qeyri-sağlamlığın nəsillərə ötürülə biləcəyi görünür. Analar və atalar bilməlidirlər ki, həm öz sağlamlıqlarına, həm də genetik xüsusiyyətlərinə diqqət yetirməklə körpələrinə sağlamlıq ötürə bilərlər.

Sağlam bir həyat üçün alınması lazım olan bir çox tədbir gündəlik həyatımızda həyata keçirməli olduğumuz kiçik və asan səylərdən ibarətdir. Gündəlik həyatı tənzimləyən bəzi əsas qaydaları bilmək və tətbiq etmək, harada olursa olsun, sağlamlığın və digər insanlarla paylaşdığımız həyatı qorumağı asanlaşdırır. Bu qaydaların ən mühümlərindən bəziləri təmizlik, sağlam qidalanma, fiziki və zehni məşq, nizamlı yaşamaq, siqaretdən, spirtli içkilərdən, stimullaşdırıcı maddələrdən və narkotiklərdən uzaq durmaq, bədbəxt hadisələrdən qaçmaq, problemlərlə mübarizədə düzgün və uyğun üsullardan istifadə etməkdir.

Müasir zamanla ayaqlaşmaq,gündəlik həyatın təlaşı davam edərkən və görüləcək işlər üst-üstə yığılarkən sağlam qalmağa çalışmaq asan deyil. Sağlam qidalanma, idman və meditasiya sağlam həyat tərzi üçün əvəzolunmazdır. Sağlamlığın hər şeydən əvvəl olduğunu düşünsəniz də, bəzən  sağlam həyat vərdişlərini gündəlik həyatınızın bir parçası etməkdə çətinlik çəkə bilərsiniz.Narahat olmayın, sağlam həyata doğru kiçik addımlarla başlaya bilərsiniz. Yetər ki,bunu ürəkdən istəyib qərar verin. Hər şeyi eyni anda mükəmməl etməyə çalışmaq motivasiyanızı itirməyinizə və təslim olmanıza səbəb ola bilər. Yeni vərdişlər yaratmaq və rutinləri dəyişmək asan deyil və bu, əlbəttə ki, bir gecədə baş vermir. Həyatınızda etdiyiniz kiçik dəyişikliklərə daha asan uyğunlaşa bilərsiniz. Sağlam bir həyata sahib olmağın açarı uzun müddət ərzində əldə etmək istədiyiniz vərdişləri özünüzü məcbur etmədən mənimsəməkdir. Daimi bir dəyişiklik üçün vərdişləri kiçik addımlara bölərək həyatınıza bir-bir əlavə edə bilərsiniz.

Tamamilə aydındır ki, sağlam həyat üçün daha çox çiy şəkildə tərəvəz, göyərti və meyvə yeyilməlidir. Təbii ki, şəkər və unu tədricən azaltmaq lazımdır. Sağlam qidalanma ilə bağlı başqa bir problem hər gün sağlam menyu hazırlayarkən yaradıcı olmaq lazımdır.

Sağlam qidalanmaqla insan  həm sağlamlığını, həm də bədən formasını qoruyur. Bu baxımından doğru qidalanma  ən vacib məsələlərdən biridir. İnsanın həyatı, daha dəqiq desək immune sistemi  əslində ana bətnində olarkən başlayır. Ana sağlam həyat tərzi keçirərsə, doğru qidalanarsa, körpə sağlam doğulacaq. Körpələrdə ana südü və ya süd qarışığı ilə başlayan prosesdən yetkinlik və qocalığa qədər bütün yaş qruplarında sağlam və balanslı qidalanma tələblərinin yerinə yetirilməsi xəstəliklərdən qorunmaq və ideal bədən kütləsinə sahib olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bədənin gündəlik funksiyalarını problemsiz yerinə yetirməsi üçün bütün qida elementləri ehtiyacı tam şəkildə qarşılanmalıdır. Buna nail olmaq üçün sağlam və balanslı bir pəhriz vacibdir. Bundan əlavə, hər yaşda olan insanlar üçün piylənmə kəskin və xroniki xəstəliklərin bir çox növləri üçün ən vacib risk faktorlarından biridir. Bu səbəbdən sağlam qidalanma və enerji ehtiyacına uyğun kalori qəbulu ilə bədən kütləsinin ideal diapazonda saxlanılması xəstəliklərdən qorunmaq və sağlam həyat sürmək üçün çox vacibdir. Bütün bu səbəblərə görə insan həyatının körpəlikdən qocalığa qədər hər dövründə sağlam qidalanmaya lazımi diqqət yetirilməli və bu mövzuda şüurlu davranmağa çalışılmalıdır. İnsan şüurlu canlıdır. O həmişə sağlamlığının qayğısına qalmalıdır. Öz sağlamlığının qayğısına qalan gələcək nəsillərin də sağlam həyat sürməsinə vəsilə olur.

Sağlam qidalanmağın vacib şərtləri:

  • Qidaları təbii şəkildə, heç bir təsirə (atəş, duz, şəkər) məruz qoymadan yemək.
  • Qidaların növbəliliyinə əməl etmək – uzlaşmayan qidaları qarışdırmaq olmaz.
  • Daxil olan enerji (qida) ilə çıxan enerjinin balansını qorumaq. 

Sağlam həyat tərzinin əsas şərtləri:

  • Səhər gün çıxan kimi yuxudan oyanmaq.
  • Ağızı yaxalayandan,dil üstündəki ərpi təmizləyəndən sonra 1-2 fincan çiy su içmək
  • Gün ərzində qəbul edilən qidaların təbii yolla olmasına xüsusi diqqət yetirmək
  • Meyvə(təzə və ya qurudulmuş), tərəvəz, göyərti, qoz, fındıq, badam və s. bu kimi təbii qidaları gündəlik rasiona daxil etmək.
  • Qəbul edilən qidaların uzlaşma qaydalarına əməl etmək.
  • Gün ərzində aktiv olmaq, fiziki faydalı hərəkətlər yerinə yetirmək.
  • Gün ərzində kifayət miqdarda (bədən çəkisinə uyğun olaraq) çiy su(təmizlənmiş) qəbul eləmək.
  • Axşam vaxtında yatmaq.
  • Sağlam yaşamın vacib bir şərti də əhval-ruhiyyənin yüksək olmasıdır.

Həyat keyfiyyəti haqqında danışanda insanlar çox vaxt bunu maddiyyat üzərində qururlar. Keyfiyyətli həyat əslində yalnız bahalı şeylərdən yaranmır. Keyfiyyətli həyat; vaxtı və həyatı tam keçirməkdir. Etdiyiniz işdən həzz almaq, gəzmək, sağlam yemək, kitab oxumaq, istedad və bacarıqlarınızı inkişaf etdirməkdən ibarətdir.

Gün ərzində gördüyünüz işdən narazısınızsa,deməli həyatınızda nə isə səhvdir. Səhər yuxudan duranda gülümsəyirsinizsə, gecələr yatarkən gələcəyə ümidlə baxırsınızsa, bu, artıq öz həyatınızın  keyfiyyətli olduğunu göstərir.

Qidalanma aclıq hissini boğmaq, mədəni doyurmaq və ya istədiyinizi yeyib-içmək deyil. Qidalanma; Sağlamlığı qorumaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün bədənin ehtiyac duyduğu qidaları kifayət qədər miqdarda və uyğun vaxtlarda almasını təmin etmək üçün şüurlu şəkildə edilməli olan bir hərəkətdir.

İnsan lazım olduğundan çox yeyirsə, bu o deməkdir ki, lazım olduğundan daha çox qida qəbul edir. Həddindən artıq istehlak edilən bəzi maddələr bədəndə yağ kimi yığıldığı üçün orqanizmə zərərlidir. Bu vəziyyət balanssız qidalanma olaraq təyin olunur. İnsan kifayət qədər yesə də, uyğun seçim edə bilmədikdə və ya yanlış bişirmə üsulundan istifadə etdikdə, orqanizm öz funksiyasını yerinə yetirə bilmədiyi üçün bəzi qida maddələri itirilir və sağlamlıq pisləşə bilər. Bu vəziyyət balanssız qidalanma adlanır.

Mütəxəsislər insanların enerji ehtiyaclarının fərdi xüsusiyyətlərindən və fəaliyyət səviyyələrindən asılı olaraq dəyişdiyini bildirirlər. Ümumiyyətlə, sağlam həyat sürmək üçün balanslaşdırılmış və müxtəlif qidalanma proqramına riayət etmək tövsiyə olunur. Yəni hər kəsin, hər bir peşə sahibinin menyüsü fərqli olmalıdır.Bu səbəbdən gündəlik enerji ehtiyacını qarşılamaq üçün uyğun miqdarda yemək istehlak etmək vacibdir.

“Biz nə yeyiriksə oyuq” – Hippokratın bu kəlamının mənası odur ki, qidalanma keyfiyyəti sağlamlığa bilavasitə təsir edir.

İnsan orqanizmi demək olar ki, bütün lazımi maddələri qida və su vasitəsilə alır. Qida məhsullarının tərkibi və xassələri bilavasitə sağlamlığa, fiziki inkişafa, əmək qabiliyyətinə, emosional vəziyyətinə və ümumiyyətlə, həyat keyfiyyətinə və müddətinə təsir göstərir. İnsan orqanizminə bu qədər ciddi təsir edəcək başqa bir amil tapmaq çətindir.

Bədənin bütün həyati funksiyaları qidalanma ilə bağlıdır. Qida toxumaların və hüceyrələrin inkişafının, onların daim yenilənməsinin, insanın enerji ilə doymasının mənbəyidir. Yanlış qidalanma ( həm həddindən artıq, həm də qeyri-kafi) hər yaşda bir insanın sağlamlığına ciddi zərər verə bilər. Bu, fiziki və zehni inkişaf səviyyəsinin azalmasına, yorğunluq, insanın mənfi ekoloji amillərin təsirlərinə müqavimət göstərə bilməməsinə, performansın azalmasına və hətta vaxtından əvvəl qocalma və ömrün qısalmasına səbəb olur.

  • Fast foodu həmişəlik unudun və şirniyyatlara həddən artıq aludə olmamağa çalışın.
  • Mümkün qədər çox mövsümi qidalar yeyin – onların tərkibində maksimum qida maddələri var. İstixanalarda yetişdirilən və ya uzaqdan gətirilən qış tərəvəz və meyvələri kimyəvi maddələrlə müalicə olunduğundan və uzun müddət saxlandığından bütün faydalarını itirməklə yanaşı, nitratların və digər zərərli kimyəvi birləşmələrin yuvasına çevrilir.
  • Mümkün qədər aşağıdakı qidaların istehlakını məhdudlaşdırın:
  • şəkər, bitki yağı, ağ buğda unu, təmizlənmiş ağ düyü. Onların tərkibində həzm sisteminin işləməsi, həmçinin bağırsaqlarda yaşayan faydalı bakteriyaların qidalanması üçün çox vacib olan lif yoxdur. Buna görə ağ çörək əvəzinə tam taxıl çörəyi yemək və şəkəri bal ilə əvəz etmək daha yaxşıdır.

  • Həyat boyu sağlam qidalanma indiki və gələcək nəsillərin sağlamlığının qorunmasında və möhkəmləndirilməsində ən mühüm element olmaqla yanaşı, aktiv uzunömürlülüyə nail olmaq üçün əvəzsiz şərtdir.

Bu gün insanlar çox miqdarda kalorili, yağlı, sərbəst şəkərli və duzlu qidaları istehlak edir.

Düzgün qidalanma bir çox qida maddələrinin – zülalların, karbohidratların, yağların, suların, mineralların və vitaminlərin orqanizmə müntəzəm olaraq, lazımi miqdarda və optimal nisbətdə verilməsini nəzərdə tutur. Müəyyən qida maddələrinin çatışmazlığı və ya artıqlığı əvvəlcə müvəqqəti narahatlığa, sonra isə müxtəlif xəstəliklərin inkişaf riskinə səbəb olur.

Sağlam qida sağlam qandır, sağlam qan sağlam candır( Ə.Əzimzadə)

Sağlam qida bizim rifahımıza təsir edir, çünki yaxşı qidalanan insan özünü daha ayıq, gümrah hiss edir və daha sürətli düşünür.

Qədim dövrlərdən bəri insanlar müəyyən qidaların müalicəvi gücünə inanırdılar. Yediyimiz qidalar sağlamlığımıza və rifahımıza digər amillərdən daha çox təsir edir. İki min ildən çox əvvəl müasir təbabətin atası Hippokrat demişdir: “Yeməyiniz dərmanınız, dərmanınız yeməyiniz olsun”. Məlum olub ki, gündəlik qidalarımızın tərkibindəki sağlam qidalar müalicəvi xüsusiyyətlərə malikdir.

Sağlam qidaların dövrümüzün ən çox yayılmış xəstəlikləri olan qan dövranı xəstəlikləri, şəkərli diabet, xərçəng və piylənmənin qarşısının alınması və müalicəsinə təsirinə diqqət yetirir. Bitki mənşəli, lif, mineral və vitaminlərlə zəngin qidalar orqanizmi zəruri və vacib maddələrlə təmin edir. Bir çox sağlam qida məhsulları antikanserogen xüsusiyyətlərə malikdir və müalicəvi təsir göstərir.

Sağlam qidalanma bütün formalarda qeyri-infeksion xəstəliklərdən, o cümlədən şəkərli diabet, ürək xəstəlikləri, insult və xərçəngdən qorunma təmin edir.

Qeyri-sağlam qidalanma və fiziki hərəkətsizlik bütün dünyada əsas sağlamlıq riskləridir.
Sağlam qidalanma təcrübələri həyatın erkən dövründə qurulur – ana südü sağlam böyüməyə kömək edir və idrak inkişafı yaxşılaşdırır və həyatda artıq çəki və ya piylənmənin inkişaf ehtimalını azaltmaq kimi uzunmüddətli sağlamlıq faydaları ola bilər.

 Ana təbiət bizim üçün o qədər şəfalı nemətlər bəxş edib ki… Biz insanlar bunlardan zamanında və doğru istifadə etsək, sağlam həyat sürsək xəstəlik heç vaxt qapımızı döyməz. Ana təbiətin sonsuz səxavətlə bizə verdiyi nemətlərdən bəzilərinin müalicəvi xüsusiyyətləri ilə tanış olaq:

Alma

Tərkibində olan A, B qrupu vitaminləri və C vitamini ilə vitamin qaynağı olmaqla yanaşı, tərkibindəki dəmir, fosfor, mis mineralları və liflə də sağlamlığımız üçün bir çox faydaları var.

  • Yaddaşı gücləndirir
  • Yuxunu tənzimləyir
  • Xərçəngə qarşı qoruyucudur

Heyva

Heyva lif, antioksidant və C vitamini ilə zəngin bir meyvədir. İmmunitet sistemini dəstəkləməkdə mühüm rol oynayan heyvanın istehlak üsulları da müxtəlifdir. Mis, kalium və dəmir kimi mikroelementləri ehtiva edən heyva bakteriya artımını azaltmaq, ürək sağlamlığını yaxşılaşdırmaq, yaraların daha sürətli sağalması və qəbizlik kimi sağlamlıq problemlərinə faydalıdır.

  • Tərkibindəki antioksidant sayəsində xroniki xəstəliklərdən qoruyur
  • Heyva həzm problemlərini aradan qaldırmağa kömək edir
  • İmmunitet sistemini dəstəkləyir
  • Xüsusilə hamiləlikdən qaynaqlanan bulantıları idarə etməyə kömək edə bilər.
  • Sərbəst radikallarla mübarizə apararaq dəri hüceyrələrinə dəyən zədələri bərpa edə bilir
  • Mədə xorasının müalicəsini dəstəkləyir
  • Zəngin mineral tərkibi sayəsində saç folikülünün sağlamlığını da artırır.
  • Yaraların sağalmasını dəstəkləyir
  • Heyva yüksək qida dəyərinə malikdir.

Nar

Narın tərkibi kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, C vitaminləri ilə zəngindir. Tərkibindəki kalium və natrium bədənimizin su balansını qoruyur, kalium həm də yığılmış artıq mayeni və ödemləri xaric edir, ürək, qan-damar sistemini qüvvətləndirir, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradır.

Nar C vitamini ilə çox zəngin bir meyvədir. Vitamin C hər cür infeksiyaya qarşı mübarizə aparır və hüceyrələrin zədələnməsinin qarşısını alaraq hər növ xərçəngdən qoruya bilir. Tək nardan hazırlanan nar şirəsi gündəlik C vitamini ehtiyacının az qala yarısını ödəyir.

Lif baxımından yüksək olan nar uzun müddət toxluq hissi yaradır. Bu səbəbdən nar istehlakı pəhrizlərə daxil edilir.

Ürək, diabet və yoluxucu xəstəliklərə qarşı fayda verə bilər.

Üzüm

Üzüm bitkisinin meyvəsi ilə yanaşı, onun toxumları da çox faydalıdır.Belə kiişkinliyi azaltmağa və bəzi göz xəstəliklərinin qarşısını almağa kömək etdiyi üçün sağlamlıq üçün də faydalıdır. Üzüm toxumu ekstraktı yüksək antioksidan tərkibə malikdir.

  • Ürək xəstəliklərinin qarşısını alır
  • Qəbizliyi aradan qaldırır
  • Astmanın müalicəsi
  • Sümükləri gücləndirmək
  • Migreni aradan qaldırır
  • Yorğunluğu azaldır.

Qoz

Qozun tərkibində həm omeqa 3, həm də E vitamini olduğu üçün ikiqat təsirlə immunitet sistemini gücləndirir. Payız aylarında bol istehlak edilməsi lazım olan təzə qoz, balıq yeməyən insanlar və vegetarianlar üçün yaxşı bir omeqa 3 və zülal qaynağıdır.

  • Tərkibində manqan, mis, fosfor, maqnezium, vitamin B6 və dəmir var.
  • Yaddaşı Gücləndirir
  • Depressiyadan qoruya bilər
  • Spermanın keyfiyyətini yaxşılaşdıra bilər
    Xərçəngə Qarşı Təsirlidir
  • Sümük Sağlamlığını qoruyur
  • Yuxunu tənzimləyir
  • Dəri Sağlamlığına Faydalıdır

Kök

  • Yerkökü çoxlu A vitamini ehtiva edir və həmçinin B, C, D və E vitaminləri ilə zəngindir. Tərkibində karotin, fosfor da var.
  • Kök uşaqlarda boy artımına yaxşı təsir edir.
  • Yerkökü göz sağlamlığı üçün çox faydalıdır.
  • Şəkərli diabet xəstələri üçün faydalı tərəvəzdir.
  • Lifli bir quruluşa malikdir və qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır.
  • Qəbizliyin qarşısını almağa kömək edir.
  • Bağırsaq sağlamlığı üçün çox faydalıdır.
  • Dərini qoruyur və parlaqlıq verir.
  • Saçların sağlamlığını qoruyur.
  • Xərçəngin yayılmasının qarşısını alır.
  • Arıqlamağa kömək edir.

Kahı

Kahı bütün dünyada geniş şəkildə istehlak edilən və sağlamlıq üçün çoxlu faydaları olan məşhur yaşıl yarpaqlı tərəvəz növüdür. Kahının kalorisi, natriumu və yağı azdır. Populyar salat tərəvəzi olan kahı 95% su tərkibinə görə qidalı qida hesab edilmir. Bununla belə, yaxşı bir lif (lif), dəmir, folat, A və C vitaminləri mənbəyidir. Bu səbəblə gündəlik həyatda xüsusilə salatlarda çox seçilən pəhriz tərəvəzidir.Tərkibində çoxlu dəmir və maqnezium var.

  • Xolesterolu azaldır
  • Xərçəngin qarşısını alır
  • Gözlər üçün faydalıdır.
  • Həzmə kömək edir
  • Diabet üçün faydalıdır
  • Sümük və Əzələ İnkişafını Dəstəkləyir
    Sinir Hüceyrələrini Gücləndirir.

Sarımsaq

Sarımsaqda çox güclü eir yağı mövcuddur ki, bu da ağciyəri və bronxları təmizləyir. Bədəni toksik maddələrdən təmizləyir.

Sarımsaq müalicəvi xüsusiyyətlərinə görə min illərlə tanınan və istifadə edilən bir bitkidir. Əsasını efir yağları, fermentlər, vitaminlər və minerallar təşkil edən sarımsağın tərkibində 200-dən çox kimyəvi birləşmə var. Xüsusilə kükürd tərkibli birləşmələr sarımsağa kəskin qoxusunu verir, eyni zamanda sağlamlığa bir çox müsbət təsir göstərir.

  • İmmunitet sistemini gücləndirir.
  • Qan təzyiqini aşağı salır; Xolesterolu balanslaşdırır.
  • Xərçəng riskini azaldır.
  • Antioksidan təsirlidir.
  • İltihabi xəstəliklərin qarşısını alır.
  • Sümük sağlamlığını qoruyur.
  • Təbii antibiotikdir.
  • Qan təzyiqini tarazlaşdırır.
  • Qaraciyəri qoruyur.
  • Sidik yollarının infeksiyasına yaxşı gəlir.
  • Arıqlamağa kömək edir.
  • Həzm sistemini dəstəkləyir.

Bal

Bal çiçəklərdən alınan nektarlar ilə istehsal edilir. Çiçəklərdə olan nektar çox xüsusidir. Nektarın tərkibində minerallar, vitamin və təbii turşular var. Balın tərkibində antioksidan güclü olduğu üçün, insan bal yedikdən sonra antioksidan səviyyəsi yüksəlir. Qanda antioksidan səviyyəsiin artması isə, hüceyrələrə zərər verən, yaşlanmağa səbəb olan, xərçəng riskini artıran, ürək damar xəstəliyinə səbəb olan oksigen radikallarının azalması və xəstəliklərdən qorunmaq deməkdir.

  • Balın tərkibində antioksidantlar var.
  • Xərçənglə mübarizədə kömək edə bilər
  • Kəsiklərinizin və yanıqlarınızın sağalmasına kömək edə bilər
  • Həzmi asanlaşdırır
  • Gözlər üçün yaxşıdır
  • Qaraciyəri və Sinəni təmizləyir

Faydaları saymaqla bitməyən balı alarkən çox diqqətli olmaq lazımdır. Çünki bal ancaq təbii olarsa fayda verər.

Limon


Limon tərkibindəki C vitamini sayəsində immunitet sistemini dəstəkləyərək dəri sağlamlığını qoruduğu halda, bağırsaq sağlamlığı üçün də çox əhəmiyyətlidir. Tərkibində çox güclü antibakterial olan pektin lifi var. Bu şəkildə həzm sisteminin düzgün işləməsini təmin edir. Pektin iştahı idarə edərək arıqlamağa kömək edir. Limonun sağlamlıq üçün faydaları bunlarla məhdudlaşmır.

  • İnfarkt riskini azaldır
  • Tərkibindəki turşu ilə böyrək daşlarının qarşısını alır
  • Iltihablarla mübarizədə faydalıdır

Limonlu su immunitet sistemimizi gücləndirir və virus infeksiyalarına qarşı mübarizəmizi dəstəkləyir. Bundan əlavə, bir stəkan limonlu su təravətləndirici və canlandırıcı təsirə malikdir. Belə ki, bir qurtum içəndə dərhal enerjinizin artdığını və əhvalınızın yaxşılaşdığını hiss edirsiniz.

Limonun tərkibindəki antioksidanların arıqlamağa kömək etdiyini bilirik. Ancaq bu təsir birbaşa olmaya bilər. Limon sizi daha uzun müddət tox hiss etdirən, həddindən artıq yemək meyllərinin qarşısını alan bir seçimdir. Həmçinin tərkibindəki liflər sayəsində maddələr mübadiləsinin daha sürətli işləməsinə kömək edir. Limonlu su bağırsaq nizamımızı yaxşılaşdırır və həzmimizi tənzimləyir. Limonun tərkibindəki pektin lifləri şəkərin yavaş udulmasına kömək edir, bu da qan şəkəri səviyyələrimizi tarazlaşdırır.

Zəncəfil

  • Zəncəfil müntəzəm olaraq istehlak edilərsə, həzmsizlikdən ürək sağlamlığına qədər bir çox sağlamlıq problemini aradan qaldırmağa kömək edə bilər.
  • Həzmi yaxşılaşdırır.
  • Ağrıya yaxşı təsir edə bilər:
  • Beyin Sağlamlığına fayda verə bilər:
  • Xərçəng riskini azalda bilər:
  • Qan şəkərinin tənzimlənməsinə kömək edə bilər:
  • Mədə bulantısına yaxşı təsir edə bilər:

Zəncəfil çayının faydaları təzə zəncəfilin və ya digər istehlak formalarının faydalarına bənzəyir. Zəncəfil çayını hazırlamaq üçün təzə zəncəfili sürtgəcdən keçirin və ya üzüklərə doğrayın və qaynar suya qoyun. Ocağın üstündə 10 dəqiqə saxladıqdan sonra içməyə hazırdır. İçməzdən əvvəl bal, limon və darçın əlavə edərək dadını dəyişə bilərsiniz. Zəncəfil çayından başqa zəncəfil ilə müxtəlif içkilər hazırlaya bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button